Qoç
Sözündə durmayan, öz güvəni olmayan şəxsiyyət. Bütün ana quzuları adətən bu bürc altında doğulur. Platonik sevgilərlə yaşayır. Cəsarət adlı şeyin zərrəsi yoxdur ki, getsin eşqini elan etsin. Lap bir möcüzə oldu, eşqini etiraf elədi, siz də bir axmaqlıq edib buna qoşulduz. Əgər azad, həyatla əylənən, sevgidə həyacan axtaran birisizsə işiniz bitib. Qoçlar çox duyğusal olduqları üçün həyacan yaşamıllar. Darıxdırıcı insanlardı. Hər an ağlamağa, ahlamağa-ohlamağa meyillidilər. Ona bir şeyi min kərə danışın anlmayacaq. Amma anlamış kimi görünüb mövzu haqqında axmaq bir sual verməsi insanı dəli edir. Bütün bunlara baxmayaraq ətrafı tərəfindən sevilən birisidi. Çünki özündən başqa heç kimə zərəri yoxdur. Hiyləni bacaracaq bir zəkası da yoxdur. Siz ona lətifə deyin, o gülsün, siz ona nəisə danışın, o dinləsin. Başqa işə yaramır. Qısqanc və darıxdırıcıdır.
Buğa
Buğanın insan beynini yormaqdan başqa işi yoxdur. Orda-burda haqınızda danışsın. Hələ sizə qarşı böyük simpatiyası var və siz bunu ciddi qəbul etmirsizsə işiniz bitib. Hər şey gözləyin ondan. Mələk üzlü şeytandı buğalar. İntiqam həvəskarlarıdılar. Həmişə beyinlərində-çox pulum olsun, avtomobilim olsun, ən gözəl sevgili mənim olsun, olsun, olsun, olsun...... Özünü dünyanın mərkəzi bilir bunlar. Sizdən ona bir xeyir gəlirsə onun aləmində sizdən yaxşısı yoxdur. Adətən evdə qalanlar bu bürc altında doğulur. Ya evlənməzlər, ya da gec evlənəllər. Özündən qabaq sizi göndərər məzara. Buğa bürcündə doğulmağına baxmayın, əslində əqrəbdir bunlar əqrəb.
Əkizlər
Tək başına heç bir işə yaramayan insan. Şirin dilli ilan. Ömür boyu ondan bundan çekər bu. Dedi-qoducunun biridi. «Borcum olsun», «Əlbətdə gələrəm» kimi yalanlar işlədir tez-tez. Yaxşı da yalan söyləmək bacarığına malik birisidi. Çox danışan, sirr tutmayan. Ən yeni xəbərləri Əkizlərdən öyrənə bilərsiz. Gəzsin, əylənsin işi-gücü budur. Söz olsun deyə danışar. Çox da qorxaqdır. Etibarsızın biridir. Amma şeytan tükü var bunlarda. Hamı sevir bunları, hamı bəyənir. Özünü bağışlatmağı da yaxşı bacarır. Qarşısındakını aldada bilir. Əgər əkizlər bürcündə biri çıxıbsa qarşınıza diqqətli olun. Təmbəl və bacarıxsızdı. Heç bir işi axıra çatdırmır.
Xərçəng
Özünü ağıllı hesab edən saf insan. Hər şeyə inanır. Gedənin ardından illərlə yas tutar Xərçəng. «Bir gün hər şey çox gözəl olacaq» kimi inanclarla yaşayır. Xarici görünüşündən çox onu narahat edən başqa bir şey yoxdur dünyada. 1-2 şirin sözlə yumuşalır. Hər şeyin ən yaxşısını, ən doğrusunu bilirmiş kimi davranır. Sanki bu dünyaya böyük bir missiya tamamlamağa gəlib. Qoç kimi ana quzusudur. Elə ona görə də həyat boyu söykənməyə bir divar axtarır. Bir gün mələk, bir gün şeytandır. Təhlükəlidir. İnsanı heç bir çətinlik çekmədən ovcunun içinə alar. Əgər nifrətini qazanmısızsa diqqətli olun. Çünki nifrət etdiklərinə etmədiyi şey yoxdur. Birini sevirsə sahib kimi davranır. Xərçənglə dostluğunuz alınırsa, eşqiniz əsla alınmaz. Kaprizləri ilə insanı həyatdan bezdirir.
Şir
Özünün göydən zənbillə düşdüyünə inanır. Güzgüyə baxmaqdan doymur. «Məndə şeytan tükü var» düşüncəsi ilə yaşayır. Şirlərə elə gəlir ki, o olmasa ətrafdakı hər şey bərbad olacaq. Onu bir otağda 2 gün saxlasaz ölər. Otağda güzgü yoxdusa 2 gün çekməz daha tez ölər. Azadlığı sevir. Bir az da safdır, uşağa da inanar. Özü özünü elə verə bilər. Çünki nəisə gizlətmək, saxlamaq kimi bacarığı yoxdur. Şirə «necə görünürəm?» kimi suallar verməyin. Siz nəqədər gözəl görünürsüz görünün o mütləq bir səhv tapacaq. Şirlə mübahisənizdə üzünüzə vuracağı ilk eyib xarici görünüşünüz olacaq. Çəkinizdən tutmuş gözlərinizin çəpliyinə qədər onun maraq dairəsindəsiz, bir gün mütləq bu haqda sizə bidirəcək. Təhlükəli bürclərdəndir.
Qız
Hər məkana uyğunlaşan birisidir. Ətrafındakı insanları itirməsin deyə şəxsi fikirlərini bildirməkdən qorxar. Qarşındakı danışarkən gözlərinin içinə dik-dik baxması insanları narahat edən xüsusiyyətlərindəndir. Ağır və ciddi görünsədə hər cür dəliliyə meyilli insandır. Sakit, fikirli tipdir. Sizinlə danışar, amma ağlından başqa fikirlər keçər. Ona ən kiçik səhvinizdə etdiyi bütün yaxşılıqları başınıza çaxar. Müasir birisi heç deyil. Münasibətlərində romantik olmağa çalışır, amma bir müddət sonra darıxdırıcı birinə çevrilir. Adətən susqun, danışmağı sevməyən Qızlar içki içdikləridndə divarla belə danışallar. Sabah üçün deyil, bu gün üçün yaşayıllar.
Tərəzi
Çox danışan, gəvəzənin biridir. O ən çox özünü sevər. Əslinə qalsa onu az-az adamlar sevir, elə bu səbədən də darıxdığınızda söhbət etmək istədiyiniz ən son insan Tərəzidir. Çünki sizi depresiyaya sala biləcək bacarığa malikdir. Gah belədir, gah ele. Bir gün sizə yaxşı davranırsa, başqa bir gün üzünüzə belə baxmaz. Sirlərə, gizli söhbətlərə çox marağı var. Müdhiş dedi-qoducudur. Hər şeyi də bilir, görür, eşidir. Ağıllı görünməyə çalışır. İlk gördüyünüzdə onu fərqli və cazibədar hesab etsəz də, daha sonra ondan qaçmağa yer axtaracaqsız. Ətrafı tərəfindən proqramlaşdırılmış robot, soyux biri kimi tanınar. Yeməyə çox düşgün birisidir.
Əqrəb
Ətrafdan təmiz ürəkli görünsə də, qısqanc, şübhəci, ikiüzlünün biridir. Sizə nə vaxt necə davranacağını əvvəlcədən anlmazsınız. Bəzən qayğıkeş, isti, bəzən isə əsəbi və soyuqdur. Üzünüzə gülməsi sizə olan simpatiyasından irəli gəlmir, çünki gözəl aktyordur. Allah Əqrəbin şərindən düşmənini belə qorusun. Ağlına qoydusa edəcək. Hər şeyə də bir bəhanə tapır. Çox diqqətli və ağıllıdır. Əgər ətrafınızda Əqrəb varsa onunla dost olmağa çalışın. Qısqanclığından etməyəcəyi, əl atmayacağı şey yoxdur. Hər an hər kəsin fikrini cəlb etmək həvəsindədir. Özündən razı birisidir. Bürcünün adı kimi də əqrəbdir. «Mələk üzlü şeytan» ifadəsi sanki onun üçün söylənib.
Oxatan
Deyirlər Oxatanın adam olması üçün gərək başına daş düşsün. Gəvəzədir, danışar-danışar çənəsi də yorulmaz. Mən etdim, Mən edərəm, Mən bacaramam sözləri insanı çilədən çıxardır. Həyacan yaşamaq üçün hər şey edər. Azadlığına düşgün bürclərdəndir. Məkana, vəziyyətə görə dəyişillər. Hər şeyi böyütməyi, bitdən fil eleməyi yaxşı bacarır. Allah bunları sevənə də, bunlar sevənə də səbir versin. Çünki çox kaprizli xarakteri var. Əgər bir Oxatan darıxırsa, deməli heç bir iş görməyəcək, fürsət tapan kimi də qaçacaq. Sonda bir xeyir yoxdursa heç nə uğurunda savaşmazlar. Həyatda özlərindən vacib heç nə yoxdur Oxatanlar üçün. Bitmiş münasibətləri haqda durmadan danışallar, qəzəblərinə tuş gələn dostlarınınsa vay halına.
Oğlaq
İnadcı, qürurlu birisidir. Hər an bir esəb krizi keçirə bilər, ehtiyatlı olun. Oğlaqlar üçün bu daha yaxşıdı ya da bu daha pisdir kimi fərqlər yoxdur. 2 şey arasında fərq qoymayacaq qədər neytral biridir. Saçlarınızın yeni rəngini, ya da yeni aldığınız geyimin necə göründüyünü bu qəribə insandan soruşmasaz daha yaxşıdır. Qısqanclığından yox, səbirsizliyindən sizi soruşduğunuza peşman edər. Onun ağlında yalnız yaxınları, dostlarıdı. Şəxsi həyatıyla bağlı danışmağı sevməz. Şəxsi həyatı isə qayda-qanunun üzərində qurulub. Əgər onunla film izləyirsizsə sizdən aktyorun ən son nə söylədiyini soruşar, filmin hər səhnəsini şərh edər, izlediyiniz filmdə mütləq bir səhv tapar filmi izləməyə qoymaz. Həyatı boyu da oxuyar, öyrənər. Sanki, məzar daşına yazdıracaq ömrü boyu insanların həyatını zəhər edərək öyrəndiyi bilgiləri.
Dolça
Həyatı boyu kompleksləri ilə həm özünü həm də ətrafındakıları canından bezdirər. Dəyişik məkanları sevməz. Məktəb həyatında da barmaqla göstəriləcək qədər müvəffəqiyyət sahibi deyildir. «Olsa da olar olmasa da» fikri ilə yaşayar. Adətən yaxşı iştahası olan insanlardır. Zərərsiz bürclərdən hesab olunur. İllər öncə olmuş bir şeyi xatırlayıb fikrə gedə bilərlər. Nostaljik insanlardır. Hər şeyi xatirə kimi saxlamağları da xobbi halını alar. Xaricdən ağır təbiətli, ciddi birisi kimi görünsələr də, sulugözdülər. Darıxdığınızda söhbət üçün bir Dolçaya zəng edə bilərsiz, amma əsla nəsihət almaq üçün, problemlərinizi həll etmək üçün müraciət etməyin. Çünki Dolça özü elə bir problemdir.
Balıqlar
Balıqların saf yoxsa axmaq olduğu sual altında bir məsələdir. Böyüdükcə uşaqlasan insandır. Ondan küssün, buna incisin, əsbləşsin... Qarşısına çıxan bir çox şansını əlindən buraxan bacarıqsız biridir. Xəyalpərəst və inadcı biridir. Başa bəla insanlar bu bürc altında doğulur. Balıqlar bir az duyğusal olduqları üçün dünyanın ən zərərsiz insanı hesab eddəllər özlərini. Xarici görünüşünə də çox vaxt sərf eliyir. Lider, başçı olmaq kimi bir həvəsi yoxdur Balıqların, özünə rahat yer tapsın yetərki. Hər şeyə sevinən Balıqları xoşbəxt etmək mümkünsüz məsələdir. Qəribə, amma sevilən insanlardir