Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bürclərə görə qadınların xarakteri

Bürclərə görə qadınların xarakteri

Bürclərə görə qadınların xarakteri



QOÇ

Qoç qadını bir kişidən qorunmağı, güdülməyi gözləməz. O, həyatında öz yolunda gedən güclü bir qadındır. Bu yolda ona yoldaşlıq edəcək, özü kimi güclü bir yoldaş istər. Ona təqdim edəcəyiniz romantik bir axşam yeməyi, təbii gözəlliklər içində istirahət etmək kimi təkliflərə isti baxmaz. Birlikdə izləyəcəyiniz bir basketbol matçı və ya Bungy-jumping nümayişinə isə qaçaraq gələr. Şəfqət və sevgi yerinə ehtirası seçər. Özü kimi aktiv, güclü və azad kişiləri sevər. Bir idman qarşılaşmasında komandanın ən xas oyunçususunuzsa və o da tamaşaçılar arasındadırsa, mütləq sizə aşiq olacaq. Qarşı qoya bilməyəcəyi təklif: "Paraşütldən tullanma kurslarına gedirəm, sən də gəlirsənmi?"

BUĞA

Buğa bürcündən olan qadın əvvəl eşq və sevgi istər. Sonra isə heç şübhəniz olmasın ki, "pul" deyəcək. O, həyatın gözəlliklərindən ola bildiyincə faydalanmaq istəyən həyat dolu bir qadındır. Bunun üçün də tez və ya gec pulun lazımlı olacağını bilir. Çalışqandır, birlikdə olduğu kişinin də çalışqan olmasını istər. Onun üçün birlikdə qazanılan sərvət, birlikdə dadılacaq gözəlliklərdir. Təbiəti, heyvanları, uşaqları və bu zövqləri də onunla paylaşacaq kişiləri çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: "Akşamki dəvətdən əvvəl bir zərgərə getmək istəyirsən?"

ƏKİZLƏR

Əkizlər qadını davamlı eyni adamla eyni dam altında yaşayarkən görmək çətindir. Buna görə qısqanc bir kişilə əsla birlikdə ola bilməz. Onun kiçik xırda eşqbazlıqlarına göz yumacaq biri ilə rahatlayar. Bu, onun üçün bir oyundur. Bu oyunu onunla paylaşacaq kişilərə dərhal maraq duyar. Eyni zamanda özü ilə uzun- uzun danışıb müzakirə edəcək ağıllı və mədəni kişilərə də yox deməz. Çünki bu ağıllı qadının davamlı beyin gimnastikası etməsi lazımdır. Ruhu hər yaşda gənc qaldığı üçün orta yaşlarında gənc kişilərlə birlikdə olmağı sevər. Ömür boyu səyahət və eşqbazlıq edə biləcək bir kişiyə xeyr deməz. Qarşı qoya bilməyəcəyi təklif: "Bu həftə sonu mənsiz bir tətilə gedərsən?"

XƏRÇƏNG

Xərçəng qadını, bir kişidən; əvvəl özünə, sonra da uşaqlarına ata olmasını gözləyər. Ailəsinə və evinə düşkündür. Bu mövzularda hörmət və anlayış gözləyər. Sevdiyi kişini evində görməkdən şad olar. Yaxşı bir aşbazdır. Problemlərini tək başına həll edə biləcək qədər güclü olmasına baxmayaraq, ona yol göstərmənizi də istəyər. Laqeydlik edilməyə dözümü yoxdur. Əks halda başqa limanlara sığına bilər. Kiçik kaprizlərinə göz yumsanız, sizi daha çox sevər. Qarşı qoya bilməyəcəyi təklif: "Bu axşam evdə qalıb dadlı bir yemək yeyəkmi?"

ŞİR

Şir bürcünün qadını bir kişidən əvvəlcə hörmət gözləyər. O bir kraliçadır. Tənqid olunmaqdan nifrət edər. Nəzakətlərə isə huşunu itirər, xüsusilə başqalarının yanında olsa! Onu çadırla səyahət etməyə və ya təvazökar bir restorana aparmağa çalışmayın. O, hər şeyin möhtəşəm olmasını istər. Müvəffəqiyyəti sevər, müvəffəqiyyətli kişiləri də… Utancaq və romantik kişilərdən xoşu gəlməz. Onun sevgisindən əvvəl hörmətini qazansanız, sizə aşiq olması uzun sürməz. Qarşı qoya bilməyəcəyi təklif: "Şəhərin ən hörmətli və gözəl restoranında bu axşam yer ayırtdım. Mənə yoldaşlıq edərsənmi?"

QIZ

Qız bürcü üçün hər kişi həll edilməsi lazım olan bir hadisədir. Buna görə özünüzü dərhal ələ verməməniz lazımdır. Sizi tanımağı nə qədər uzun zaman alsa, o qədər uzun müddət birlikdə olarsınız. Ona boşuna özünüzü izah etməyə çalışmayın. O, sizin heç bilmədiyiniz yönlərinizlə məşğul olar və qısa müddətdə özünüzü psixoloq kürsüsündə hiss etmənizə gətirib çıxarar. Qız bürcü ilə birgə olacaq kişilərin hər şeydən əvvəl ağıllı olmaları lazımdır. 24 saat birlikdə olsanız da, sizə məktub yaza bilər. Bu oyuna qatılıb məktublarına cavab yazsanız, ömür boyu yazışacağınızdan şübhəniz olmasın. Qarşı qoya bilməyəcəyi təklif: (Yazıb göndərsəniz daha təsirli olar.) "Bir şahmat oyunu oynayaqmı?"

TƏRƏZİ

Tərəzi qadını uyğun bir bərabərlik istər. Birlikdə olacağı kişinin xarakteri, ailə quruluşu, təhsil səviyyəsi, boyu, kilosu özünə uyğun olsun istəyər. Əgər o uzun boylu, siz orta boylusunuzsa, bu onun üçün problemdir. Futbol matçı seyr edərkən qışqırıb çağıran, danışarkən səsini yüksəldən kişilərə dözümü yoxdur. Özünə uyğun olduğunu düşündüyü kişilə dərhal evlənmək istəyə bilər. Çünki onun üçün uyğun birlik evlilik deməkdir. Sənətçi və ya sənətə maraq duyan kişiləri sevər… Qarşı qoya bilməyəcəyi təklif: "Mənimlə evlənərsənmi?"

ƏQRƏB

Əqrəb qadını ehtiraslıdır. Bir kişidən çox çox şey gözləməz. Səhvləriylə, qüsurlarıyla sevməyi bilər. Dözər, görməzlikdən gələr. Amma xəyanəti heç bir zaman bağışlamaz. Əqrəb qadını ilə birgə olan kişi şanslıdır. Çünki başqa heç bir qadın onu bu qədər sevə bilməz. Şanssızdır- çünki onu aldatsa ömür boyu sevilmədən yaşar. Qarşı qoya bilməyəcəyi təklif: "Səndən başqa heç bir qadının olmadığı bir adada yaşamaq istəyərsən?"

OXATAN

Ana diliniz, doğulduğunuz ölkə fərqlidirsə, bir Oxatan qadınıyla bərabərsiniz deməkdir. Oxatan qadınları xarici kişiləri sevər. İdmançıları da… Çünki möhkəm başın möhkəm bədəndə olduğunu bilirlər. Böhranların, dərin problemlərin adamısımızsa, yanına yaxınlaşmayın. Qısqanc kişilərə dözə bilməz. Çünki sizinlə bərabərkən başqa bir kişi yoldaşı ilə səyahətə gedər, başqa niyyət güdmədən. Azadlığını məhdudlaşdırsanız ən son görüşməniz telefonla beynəlxalq əlvida görüşməsi olar. Sizdən qaça bilmək üçün mümkün olan ən uzaq ölkəyə getmişdir. Qarşı qoya bilməyəcəyi təklif: "öz yolunla gedə bilərsən."

OĞLAQ

Oğlaq qadını ilə birgə olmaq üçün gözləməniz lazımdır. Ehtimalla o da sizi uzun zamandır gözləyir. Amma bunu dərhal bildirməz. Tələsdirsəniz, qaçar. Sizi tanıması və güvən duyması üçün zamana ehtiyacı vardır. Boş xəyallara bel bağlamaz. Qısa davamlı həyəcanlar arxasında qaçmaq yerinə uzun davamlı möhkəm əlaqələri seçər. Məsuliyyət sahibi, mehriban, istiqanlı, yumor anlayışı olan kişilərdən xoşlanar. Birdən alınan qərarları, son anda edilən planları sevməz. Onu bir yerə dəvət etmək istəyirsinizsə, bunu ən az bir həftə əvvəldən etməlisiniz. Qarşı qoya bilməyəcəyi təklif: "Bir il sonra evlənmək istəyərsən?"

DOLÇA

Mühafizəkar və qısqancsınızmı? O zaman bu qadınlardan uzaq durun. Çünki dolça qadını xarici görünüşü ilə belə mühafizəkar insanları sevməz. Romantizm ən son müraciət etməniz lazım olan silah olmalıdır. Dolça qadın romantik bir aşiqdən çox, macəra sevər bir yoldaşla birlikdə olmağı seçər. Onu əldə etmənin tək yolu yoldaşlığını qazanmaqdır. Sürprizlərə hazırlıqlı olmalısınız. Çünki harada, nə vaxt, nə edəcəyini bilmək çətindir. Çox tez aşiq olar və çox tez bezə bilər. Bu qısa müddətdə dostluğunu qazana bilsəniz uzun müddət sizinlə birlikdə olar. Qarşı qoya bilməyəcəyi təklif: "Nə vaxt istəsən mənə zəng vur"

BALIQLAR

Onu əldə etmək üçün ən pis gününüzdə yanına gedin. Dərhal özünüzü yaxşı hiss etməniz üçün əlindən gələni etməyə başlayacaq. Balıq bürcündən olan qadın üçün kömək etmək, aşiq olmaq deməkdir. Etdiyiniz səhvləri bağışlayar. Amma ona kobudluq etsəniz; üzünüzə gülməyə davam edərkən yavaş yavaş uzaqlaşar və siz necə olduğunu anlamadan həyatınızdan çəkilib gedər. Bu ayrılıq sonrası ağlayıb kədərlənəcəyini ümid etsəniz yanılarsınız. Çünki yaddaşı çox güclü deyil..








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ