Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu ay sevgini dadacaq 5 bürc

Bu ay sevgini dadacaq 5 bürc

Fevral ayının sevilmə səbəblərindən biri də Sevgililər Günüdür.

Əgər hələ də sevgiliniz yoxdursa, məyus olmağa dəyməz. Budəfəki yazımızda məhz fevral ayında həyatının eşqi ilə rastlaşacaq bürcləri bir araya topladıq.

Lunar.az astroloqların proqnozlarına əsasən, bu ay sevgini tapmaq şansı yüksək olan 5 bürcü təqdim edir:

Buğa
Fevralın ilk yarısında sevgi ilə qarşılaşacaq birinci şanslı bürcümüz buğadır. Uzun müddətdir gözlədiyiniz məhəbbətin həyatınıza necə möcüzəvi şəkildə daxil olduğunu görəcəyiniz bu ay sizin üçün unudulmaz olacaq. Yeni birini tanımaq və ürəyinizin bütün qapılarını onun üzünə açmaq sizi həyəcanlandıracaq, nəticədə isə ay ərzində özünüzü xoşbəxt hiss edəcəksiniz.

Dolça
Bir müddətdir şəxsi həyatınızda nə istədiyinizlə bağlı qərara gələ bilmədiyiniz proses sona çatır. Xüsusən də xeyli vaxtdır eşq həyatınızdan narazısınızsa, tezliklə vəziyyəti nəzarətə götürmək üçün hərəkətə keçəcəksiniz. Düşündüyünüz həmin insana addım atmaqdan çəkinməyin, şans sizinlədir!

Xərçəng
Emosional əhval-ruhiyyəsi ilə seçilən xərçənglər 2023-cü ilin ən romantik dövrlərindən birini yaşamağa hazırlaşır. Hələ sevgiliniz yoxdursa, tezliklə xəyallarınızdakı insanla tanış olacaqsınız. Qarşılaşdığınız bu şəxsdən utanmamalı və yaxınlaşmaq fürsətinizi əldən verməməlisiniz. Nağıllara mövzu olacaq bir sevgiyə hazır olun!

Əqrəb
Əgər yaxın dostunuzun uzun müddətdir sizə məsləhət gördüyü “o insan” indi sizi də həyəcanlandırırsa, deməli, romantika zəngləri sizin üçün çalır! Arada yaxın dostunuz olsa belə, hər hansı addım atmazdan əvvəl qarşınızdakı insanı yaxşı tanımağınızı tövsiyə edirik. Münasibətinizi bu yaxınlarda bitirmisinizsə, keçmiş sevgilinizlə romantik şam yeməyi gündəminizdə ola bilər.

Balıq
Romantika bu günlərdə həyatınızın ön sıralarında olacaq. Son vaxtlar həyatı nikbin və yeni perspektivdən izləmək əhval-ruhiyyəsindəsiniz. Bu ayın ilk 15 günündə venera və günəş sizə uğur gətirəcək, ürək qapılarınızı açıq saxladığınızdan əmin olun!








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ