Qoç bürcü - Qoç bürcləri özündən razı olduğu üçün vücudunu nümayiş etdirməyi sevir. Dar ətəklərlə çox zövqlü görünürlər. Mövsümün trend ətəkləri ilə həm qarderobunuzu, həm də özünüzü sevindirin.
Buğa bürcü – Buğalar təkcə yeməyinə deyil, gözəlliyinə də düşkündür. Geyimlərini rəngli aksessuarlarla tamamlamağı sevirlər.
Əkizlər bürcü – Əkizlər bürcü geyim almağı çox sevir lakin səliqəsizlikdən qarderoblarını qaydaya salmaq üçün neçə saat lazım olur... Zövqləri və fərqliliyi ilə seçilirlər. Bol geyimlərə üstünlük verirlər.
Xərçəng bürcü – Bürclər arasından ən romantik və həssas olan xərçəng, geyimində də bunu hiss etdirir. Geyimləri bahalı olur. Ucuz və keyfiyyətsiz geyimlərə nifrət edirlər. Sadəliyi sevirlər.
Şir bürcü – Səhərdən axşama qədər bəzənib nazlanmağı sevən şirlər dəbi daim təqib edirlər. Mövsümün güllü donları onları daha da gözəl göstərir.
Qız bürcü – Qız bürcü geyimə çox fikir verir. Hər zaman səliqəli və gözəl görünməyə çalışırlar. Dünya dağılsa da, onu evdən səliqəsiz halda çıxartmaq olmaz... Açıq rəngli şallar və şarflar qarderoblarında ən çox sevdikləri əşyalardır.
Tərəzi bürcü – Tərəzi bürcünün qadınları klassik tərzdən kənara çıxmır. Yaz-yay klassik üslubda olan geyimlərdən istifadə edirlər. Onların fantaziyaları bir o qədər geniş deyil... Daim klassik üsluba üstünlük verməyinin səbəbi də budur.
Əqrəb bürcü – Əqrəblər təbii görünməyi sevirlər. Lakin bu təbiilikdə fərqli detal da olmalıdır. Şalvarları çox sevsələr də, donlar, xüsusən də qırmızı rəng onları daha cazibədar edir.
Oxatan bürcü – Əylənməyi sevən oxatanlar xarakterlərini geyimlərində də əks etdirməyi xoşlayırlar. Onları tək rəng geyimdə nadir hallarda görmək olar.
Oğlaq bürcü – Oğlaq bürcü isə çox zövqlüdür. Geyindikləri ilə hər kəsi heyran qoymağı bacarırlar.
Dolça bürcü – Onlar gün ərzində bir neçə geyim dəyişir. Dəyişkən xüsusiyyətləri geyimlərdə də özünün göstərir. Ən açıq-saçıq geyimləri dolçalar, heç çəkinmədən geyinə bilər.
Balıq bürcü – Balıq nostalji hisslər yaradan geyimlərlə diqqət çəkməyi xoşlayır. Sadə modellərə daha çox üstünlük verirlər. Köhnə geyimlərini illərlə qarderobda saxlayıb istifadə edirlər. Köhnə geyimləri geyinməkdən utanmırlar. Su ünsürünə aid olduğu üçün mavi və su yaşılı rənglər onları daha zövqlü edir