WhatsApp-da yeni fırıldaq növü ortaya çıxıb.
Fırıldaqçılar istifadəçilərə videozəngləri aktivləşdirmək təklifi göndərirlər. Kim razılaşsa, ona yeni şərt qoyulur: həmin linki 10 nəfərə göndərmək.
Bu spam 10 nəfərə göndəriləndən sonra virus proqram WhatsApp-ı yeniləməyi təklif edir. Lakin buna razılıq düyməsini basan kimi istifadəçi bahalı SMS-xidmətlərə abunə olur.
Eset antivurus şirkəti bildirib ki, bu fırıldaqçılıq hazırda Amerikada geniş yayılıb və Avropaya keçir. Yaxın günlərdə onun MDB məkanına çatacağı da istisna deyil.
Qeyd edək ki, WhatsApp-da videozəng funksiyası hələ ancaq test edilir. Onun nə zaman işə salınacağı bəlli deyil.