Əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 24-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb.
Türkiyə Hava Yolları aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 24-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb.
Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Təyyarə yerli vaxtla İstanbuldan saat 06:10-də uçmalı idi.
Məlumata görə, Bakıdan saat 07:55-də uçmalı olan təyyarə saat 08:04-də havaya qalxıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, yanvarın 24-nə təyin edilmiş digər İstanbul-Bakı və Bakı-İstanbul reysləri cədvəl üzrə həyata keçiriləcək.
Qeyd edək ki, son günlər Türkiyə Hava Yolları aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb./trend