Sabahdan paytaxtda intensiv yağışlar, dağlıq və dağətəyi rayonlarda isə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən lunar.az-e verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 15-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 750 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə martın 15-də arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 8-13, dağlarda gecə 0-5, gündüz 1-6 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, martın 15-dən 16-sı gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyi, havanın temperaturunun enməsi, rütubətli hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişsizdir.