Bir müddətdir "Поле чудес" proqramı ətrafında qalmaqal yaşanır. Layihənin adı və aparıcısının dəyişdiriləcəyi iddia olunub.
Lunar.az rus mediasına istinadən xəbər verir ki, "Первый канал" bununla bağlı açıqlama yayıb. Bildirilib ki, artıq proqramın köhnə adının saxlanmasına və aparıcı Leonid Yakuboviçlə işə davam edilməsinə qərar verilib.
Bir müddət əvvəl layihəni ərsəyə gətirən "ВИД" şirkəti ilə Birinci kanal arasında anlaşılmazlıqlar yaşanmışdı. Belə ki, "ВИД" şou ilə bağlı kanaldan tələb etdiyi qonorarı qaldırıb. kanal isə buna gücü çatmadığını bildirib. Nəticədə "Поле чудес"in başqa kanala transfer edəcəyi bildirilib.
Bununla razılaşmayan "Первый канал" bununla razılaşmayaraq başqa bir addım atmaq qərarına gəlib. Onlar proqramın ilk buraxılışını yayımlayan şirkətlə danışaraq, layihəni satın almaq istəyiblər. Nəticədə isə proqramın adı da dəyişdirilib, "Наше Поле чудес" ediləcəkdi.
Qeyd edək ki, veriliş ilk dəfə 1990-cı ildə Rusiya televiziyasında yayımlanıb. Onun ilk aparıcısı Vladislav Listyev olub.