Əsər Bella adlı küçükdən bəhs edir. Anası zalım insanlar tərəfindən naməlum yerə aparıldıqdan sonra küçük tənha qalır. Qəlbini dəhşət bürüyən Bella insanlardan gizlənərək, onların gözünə görsənməməyə çalışır. Günlərin bir günü heyvanların qayğısına qalan bir oğlanın səsini eşidir.
Kimsəsiz itləri sahibləndirən gənc Bellanı görüncə onu öz evinə aparır. Anası oğlunun dərsdə olduğu müddətdə dördayaqlı dostuna qulluq etməyə razılıq verir. Lakin ev sahibi heyvanların saxlanmasına qadağa qoyunca gənc oğlan Bella ilə ayrılmaq məcburiyyətində qalır. Uzaq məsafələr belə Bellaya sahibini unutdurmur, vəfalı dost yüzlərcə kilometr məsafəni qət edərək gəncin yanına qayıdır...