Aktyor Taleh Yüzbəyov bir neçə gün əvvəl təqdim edilən "Zəhər tuluğu" filminə xərclənən pulun məbləğini açıqlayıb.
Lunar.az xəbər verir ki, sənətçi bu haqda "10-da görüşək" proqramında danışıb. Taleh bildirib ki, film onlara 150-200 min məbləğə başa gəlib:
"Lap ürəyimizcə deyildi. Dünnya üçün çox az, bizim üçün isə normal bir məbləğdir"
Qeyd edək ki, filmin baş prodüseri Orxan Mərdandır. Ekran işində Taley Yüzbəyovla yanaşı Cəlil Cavanşir, Əlixan Rəcəbov, Cavidan Novruz, Zülfiyyə Qurbanova, Xalq artisti Səidə Quliyeva, Əməkdar artistlər Rasim Cəfər, Hüsniyyə Mürvətova və Oktay Mehdiyev rol alıb.