Artıq havalar getdikcə soyumağa başlayır. Bəs qarderobunuz qışa hazırdırmı, xanımlar? Ailem.az 2017-2018-ci ilin önə çıxan qış trendlərini diqqətinizə çatdırır.
Başdan-ayağa qırmızı2017-2018-ci ilin qışında gözə çarpan bir rəng varsa, o da qırmızıdır. Moda həftələrində hardasa bütün markaların podiumlarında gördüyümüz qırmızı paltarlardan aksessuarlara qədər hər şəkildə özünü göstərir.
Tüklər, saçaqlar, kürkMiuccia Prada tüklü, saçaqlı, kürklü parçaları istifadə edən tək modelyer deyil. Bu parçaların bir yaxşı tərəfi də lüks göstərməsidir.
Boz kostyumBoz kostyumlar bu sezon New York podiumlarını əsir aldı. Ofisdə, yaxud küçə stilində istifadə edəcəyiniz isə sizə bağlıdır. Bu kombinin ən yaxşı tərəfi isə sıxıcı görünməməsidir.
Geniş çiyinlərGeniş çiyinli böyük bədən pencəklər Alexander Wangdan Saint Laurente, Dries van Notenden Isabel Maranta qədər bir çox markaların podiumlarında yer alır.
Parıltılı çəkmələrDaş-qaşlar, zərlər, muncuqlar sizin zövqünüzcədirsə, onda bu trend tam sizə görədir. Onsuz da bu cür geyinib bir ulduz kimi parıldamamaq mümkünsüzdür.
Uzun paltarlarGucci, Valentino ve Alexander McQueen kimi markaların podiumlarında rastlaşdığımız uzun paltarlar bu sezon daha yumşaq rənglərlə istifadəsinə rəğmən, daha da göstərişlidir. Yamaqlı parçalar və naxışlarla bu paltarlar olduqca romantik bir hava yaradır.
PapaqlarBu qış bir-birindən müxtəlif papaq modelləri dəbdədir.
Yazılar, şüarlar...Özünüzü daha aydın və yüksək səslə ifadə edin. Ancaq əvvəlcə paltarınızla. Bu sezon podiumlar bir-birindən iddialı şüarlar gördü. Bəzi markalar öz imzaları ilə məhsullarını bəzəyərkən, bəziləri dəbin gücünə inanaraq qadınları "women power" (qadınların gücü) və ya "the future is female" (qadın gələcəkdir) kimi şüarlar altında birləşdirdi.
Böyük çantalarYayın mini çanta trendi qışda da davam etsə belə, bu, böyük çantaların yüksəlişinə əngəl deyil. Qadın olaraq bir çox əşyaları çantamızda daşımaq istədiyimizi düşünsək, böyük çantaya heç birimiz "xeyr" demərik.