Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Tərzinizə uyğun geyim tapmaq dərsi

Tərzinizə uyğun geyim tapmaq dərsi

Tərzinizə uyğun geyim tapmaq dərsi



Yəqin ki, geyim almağa gedəndə öz tərzinə uyğun geyim tapmaqda çoxları çətinlik çəkir. Bəzilərimiz dəb jurnallarındakı ulduzları görüb təəssüf hissi də keçirdirik ki: “Axı niyə mən də, tərzimə uyğun mükəmməl geyim tapa bilmirəm?!”. Bizim verdiyimiz ipucları ilə elə indədən başlayaraq 2016-da qarderobunuzu öz tərzinizə uyğun parçalarla tamamlaya bilərsiniz. Əsas diqqət etməli olduğunuz nüans qarderobunuzu sadəcə bir tərz üzərində tamamlamamağınızdır. Ən yaxşısı müxtəlif hallar üçün bir neçə fərqli dəbli obraz yaradın. Amma qarderobunuzda nəyin artıq, nəyin əskik olduğunu anlamaq üçün isə təqdim etdiyimiz bu ipucları kömək olacaq:

1. Demək olar ki, hər gün iştirakçısı olduğunuz həyatınızın əsas ssenarisi ətrafında düşünün. Məsələn, ofisdəki işin, idman zalında məşq, rəfiqələrinlə, sevgilinlə görüş, əyləncələr, həftə sonu qaçış və s.

2. Şkafınızı açın, geyimləriniz və ayaqqabılarınıza baxın. Və başlayın həyatınızın bütün ssenarilərinə uyğun geyimlərinizı dəstləşdirməyə. Siz dərhal görəcəksiniz ki, nə çatmır.

3. Sizə sıxıcı olmasın deyə bacınız və ya rəfiqəniz sizə qarderobunuzu səliqəyə salmağa və tərzinizi formalaşdırmağa kömək etsinlər. Əmin olduqdan sonra ki, sizdə nələr var fotosunu çəkin.

4. Bu işlər bitdikdən sonra digər proseslər gəlir. Sizin bədən quruluşunuzu korlayan, artıq çəkinizi üzə çıxardan geyimləri atın bir kənara.

5. İndi qarderobunuzda dəbli və yeni parçalara yer var. Biz sizin üçün bu mövsümə görə sadə bir rəhbər hazırlamışıq. Baxın və qərar verin ki, nələr sizin tərzinizə görədir.

2016-nın əsas geyim tərzləri


1. Kətan üslubu. Gecəlik tərzində olan paltar romantik bir görüş üçün mükəmməl seçimdir. O həm qara, həm də, pastel çalarlarında ola bilər.

2. İdman tərzində şıqlıq. Siz idman tərzindən uzaq biri olsanız da, bir cüt dəbli idman üslubunda olan ayaqqabı qarderobunuzda mütləq olmalıdır. Onu hər yerdə, hətta paltar və kostyumla da geyinmək mümkündür.

3. Bohem. Yerlə sürünən romantik bir paltar, rahat kardiqan, şlyapa, buruq saçlar… Hər gün üçün zərif və aktual obrazdır.

4. Klassik iş geyimi. Günümüzün çoxunu ofisdə keçirtdiyimiz üçün hər il dizaynerlər bizim üçün yeni nəsə hazırlayırlar. Ofis tərzi üçün bir neçə seçim var ki, bloqerlərin çoxu onları təqdim edirlər: xətli, printli, xırda noxudlu, dama-dama…

5. Minimalizm. Çox böyük parçalar və aksessuarlar sevmirsiniz? O zaman diqqətinizi qəribə kəsimlərə, fərqli printlərə və detallara verin. Minimalist tərzdə pencək, paltar, şalvar, ətək hündürdabanlı ayaqqanısız çox yaxşı cütlük yarada bilir. Hündürdaban ayaqqabını isə loferlə əvəz etmək mümkündür.

6. 70-lər. 70-ci illərin tərzi artıq dəb dünyasında zirvədədir. Qısa ətəklər, zamşa pencək və çantalar bu tərzin əvəzolunmazıdır. Və siz bu parçalarlar parka gedə, rəfiqələrinizlə görüşə bilərsiniz.

7. 90-lar. 70-lər kimi bu dövr də artıq yeni həyatını yaşayır. Həmin illər üçün darıxırsınızsa öz denimlərinizlə tərzinizi yaradın.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ