Fiziki qüsurlu insan sərbəst dünya səhayətinə çıxa bilərmi? Yəqin ki, bu mümkünsüzdür. Lakin dünyada düşündüyümüzdən də güclü və iradəli insanlar var ki, onlar arzularını gerçəkləşdirmək üçün əngəl tanımırlar.
Bir müddət öncə sosial şəbəkələrdə həyat eşqilə dolu olan gənc xanımın bir aylıq səyahəti boyunca çəkdirdiyi fotoşəkillər peyda oldu. Bu cəsarətli qız tək çıxdığı Avropa turunda gəzdiyi bütün şəhərlərin adını protez ayağına yazıb şəkillər çəkdirib. O, bununla fiziki qüsurlu insanları cəsarətli olmağa və həyatdan küsməməyə səsləyib.
Lunar.Az həmin fotoşəkilləri təqdim edir.
(publika.az)