Önəmli olan o gözlərinin gözəlliyi deyil,qarşındakı insanı görəcək qədər gözəl olmasındadır məsələ
Həyatın nə dediyi ilə deyil, qəlbinizin səsi ilə qərar verin❤
Hər gecə açılmış pəncərədən baxdığımda yenə sən gəlirsən ağlıma,bu gülməlidir, ya hava səni çox sevir, ya havada qoxun var.
Göy üzünə baxıram, göy üzündə sən canlanırsan, ulduzlara baxanda sən yada düşürsən,yol ilə gedib gülən zamanda üzündə təbəssümün dayanır və o an sən gözümdə canlanırsan
Yolun qırağında dayanıb maşınları seyr edirsən,saçları eyni sənin saçların, eyni sənin gözlərin olan bir qız görüb özünü itirirsən.
Divarlara gedə gedə baxırsan,divarlarda sanki illər öncə izləri qalmış şəkillərimiz canlanır.
Mağazalara girirsən,burda bir yerdə olmuşduq deyə düşünürsən, bir sözlə düşündüyün əl vurduğun nəfəs aldığın hər şey səni hər zaman xatırladır, bu acımasızdır həyatın ən pis üzüdür və belə yoxluq çox acıdır,insanın gülüşünü əlindən alır mənasız edən həyata atır səni
Sonra gündəlik olaraq eyni şeyləri edirsən,avtobusda oturub musiqini dinləyib sən yada düşürsənsə bu insanı yormaz amma hər dinlədiyin qəmli notda sən yada düşürsənsə bu acı verər insana.Həqiqətən belədir,cümlə yazmağı sevməyən insan cümlə qurmağı öyrənir sanki,susan insanın qəlbi dayanmır yazdıqca yazır.
Bunun adı sənsən ya sənsizlik bilmirəm,amma əminəmki biraz darıxmaq var, biz deyə bir kəlmənin yoxluğu var.Zamanla öyrəşərsən deyənlər zamanla özləri itirir sonra.
Yağışın qoxusu ilə yatmaq