Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ömrümün payızı....

Ömrümün payızı....

Ömrümün payızı....




Sevərdim payızı, rəngarəngliyini, solğunluğunu həyatın, hər şeyin sonuna yaxınlaşdığını

göstərərkən hamıya mənim üçün başlanğıc idi payız. Sevərdim payızı küləyi, çolğunu ilə,

sevərdim durmadan yağan yağışını, dəyişkənliyini sevərdim. Hər zamankindən fərqli idi

səninləykən payızın gəlişi həyatıma. Sanki ağ-qara olan bir rəsmə bir rəng qatılmışdı. Sanki hər

şey daha gözəl görünürdü mənim üçün, həyata yenidən doğulmuş kimi idim...




Biz idik başlayan əslində, payız deyildi. Sanki birlikdə addımlamağı öyrənirdik...

Payızı çox sevərdim, həyatımın fəsili idi payız. Seyr etməyi sevərdim yarpaqların bir-bir xəzana

dönməsini, günəşin qızılı yarpaqlar üzərindəki parıltısını seyr edərdim. Hər bir yarpaqla sanki bir

insan həyatı bitirdi, sanki yarpaqlarla birgə xoşbəxtliklər qopub gedirdi... Amma mənim üçün

əksinə, Sən gəlirdin addım-addım həyatıma payızla birgə. Qaçaraq deyil, hər yarpağın düşməsi

ilə gəlirdin... Həzin musiqilərin gözəlliyinə dalırdım, səni düşünərək sevərdim payızı...



Yağışını sevərdim... Onun təravətini sevərdim, ruhumla hiss edərdim gəlişini... həm onun,

onunla da birgə sənin gəlişini... İçimdə titrəyiş olurdu o payız gecələri. Hər gecə səninlə bağlı

bir söz, bir cümlə aradığım o payız gecələri. Bilirsənmi, onlar sevdirmişdi mənə səni. Çünki hər

zaman itkilərlə bağladığım payız bu dəfə sanki bir doğma qazandırırdı mənə hər ötən dəqiqələri

ilə... Pillələrlə sevməyin nə olduğunu bilirsənmi? Aradığın birini anlarla tanımaq üçün gecələri

yatmayıb onun yaşadıqlarını gizli yaşamaq. Onu tanımadan ona bağlanmaq, qısqanmaq, onu

arzulamaq və eyni anda əlçatmazlığını anlayıb sadəcə varlığı ilə kifayətlənmək... Səni payızla

birlikdə yaşadım, səni payızım olaraq yaşadım...




Bir anda sonlandı bütün xəyallarım. Bütün gözəlliklər sona çatdı bir nağıl kimi, bir yuxu kimi...

Birgə səmaya baxdımız gecəni xatırlayıram zamanlarla... Hər kəsin nəzərə bizdəykən birgə

mahnıları oxumağımızın xatirəsi təbəssüm yaradır üzümdə. İndi həmin gecələri sabaha ümidsiz

şəkildə yaşayıram. İndi də Sən varsan, lakin artıq mənə aid olmayan Sənsən röyalarımda...

Sənsiz nə payızı sevirəm, nə də yağışı. Nə gəlişini gözləyirəm artıq, nə gözəlliyini. Sənsizliyi

istəmirəm. İstəmirəm nə hiss edim bu gecəni, nə sabahı, sənsiz keçən heç bir anı istəmirəm...














İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ