Bir gün mələklər xoşbəxtliyi gizlətmək qərarına gəlirlər.
Gizlədək ki, qoy insanlar onu çətinliklə tapsınlar. Çətinliklə tapdıqları üçün bəlkə qiymətini bilərlər deyərək, başlamışlar mübahisə etməyə.
Çətin məsələymiş, çünki xoşbəxtliyi gizləmək heç də asan deyilmiş. Kimisi
Everest dağının təpəsində gizlədək, kimisi
Sakit okeanın dibində gizlədək demiş.
Tac Mahalın qübbəsi,
Məkkə küçələri, İ
talia süfrəsi, Siqaret paketi, Lalə bağçası çox yer,lap çox yer düşünmüşlər, amma heç bir yeri qərarlaşdıra bilməmişlər.Qəflətən mələklərdən biri ?
İÇLƏRİNDƏ GİZLƏYƏK? demiş.
Heç kəsin ağlına gəlməz öz içinə, ürəyinə baxmaq. Bax o gün, bu gündür xoşbəxtlik insanın öz içində gizliymiş.
Heç bir xoşbəxtlik asanlıqla gəlmir, asanlıqla gülmür insanın üzü. Buna görə də gözünüz hər zaman içəridə olsun.
P.S: Gördüyümüz kimi hər şey öz əlimizdədi bəlkədə xoşbəxtliyiniz elə öz etrafınızdadı sadəcə görmürsüz...