Adi günlərdən biriydi. Həmişəki kimi internetə daxil olub yeniliklər axtarırdım. İnsanlarla ünsiyyət qurmaq üçün nik açdım özümə. Hər şeydə o nikdən başladı. Əvvəldən oğlanla qızın dostluğuna inanmırdım. Amma risk etmək istədiyim üçün mənə dostluq təklif edən bir insanla tanış oldum. İlk yazıdan nə iləsə fərqlənirdi. Başqa insanlar kimi şablon sözlərdən və suallardan istifadə etmirdi. İndi düşünürəmki bəlkədə məhz bu cəhət məni ona cəzb edib. Tanışlığımız ilk gündən mövzular ətrafında olan fikirlərimizdən başladı. Söhbət etdikcə mənə elə gəlirdiki səmimi deyil mənlə. Çünki nə fikirləşirdimsə mənlə razılaşırdı. Gündən-günə söhbətimiz daha da maraqlı olurdu. Artıq sagollaşıb yatandada danışdıqlarımızı beynimdə götür qoy edirdim. Hətta elə olurduki nəsə sözlər, zarafatlar yadıma düşürdü harda olmağımdan asılı olmayaraq üzümdə təbəssüm yaranırdı. Evə tələsirdimki onunla söhbət edim. Çox bağlanmışdım. Görüşmək qərarına gəldik. Həmin günün gəlməsini səbirsizliklə gözləsəmdə içimdə həyəcan məni boğurdu. Sanki dostumla yox sevdiyim insanla görüşə gedirdim. Görüş günü yağış durmadan yağırdı. Özümdən asılı olmadan "Eh yağışda yağmağa vaxt tapdı” deyib deyinirdim. Nə biləydimki həmin yağış ürəyimdə sevgi toxumu cücərdəcək. Görüşərkən yağış bizə həyəcanı bələ unutdurmuşdu. Yağış damlaları gözlərimdən yanagıma axdıqca gülümsünürdü "məni görüb sevindiyindən ağlayırsanki” deyə zarafat edirdi. Ayrılıb evə gəlsəmdə siması, dediyi sözləri ağlımdan getmirdi. Sanki dahada darıxırdım onsuz. Hər sözümün başlığında da ,sonunda da Dostumuydu.
Özümdə hiss etmədən sevgi yarandı qəlbimdə. Bu hissi məhv etmək istəsəmdə,gün-gündən o məni məhv edirdi. Tək ALLAHımla bölüşdüyüm sirri artıq qəlbimdə saxlaya bilmirdim. Dost dediyim insana artıq dost deməyə belə utanırdım. Daha dözə bilməyib ürəyimdən keçənləri məktubla email adresinə göndərməyi qərara aldım.Yazdığım sözləri göndermek istiyəndə onan mesaj gəldiyini gördum. Sevinə-sevinə açıb oxumaq istəyərkən bütün xəyallarım puç oldu. Dostum başqa birinə vurulmuşdu. Məni dost bildiyi üçün sevincin ilk olaraq mənlə bölmüşdü. Hec nəyi dəyişmək mümkün deyildi. Günlərcə duyduğum sevgidən yatmayıb, yeyib-içmədiyim halda indi mən nə edim deyə yuxusuz qalırdım. Son fikir ayrılığı seçdim. Dostumla son dəfə görüşmək istəyirdim. O isə bundan xəbərsiz "yaxşı görüşək həmdə sənə sevdiyimdən danışım” deyirdi. ALLAHın qismətindən yağış damlaları yenə gözlərimdən yanağıma süzülürdü. Heçnə danışa bilmirdim. Hıçqırıqlarım duyulmasın deyə susurdum. Zarafatından yenə qalmırdı. ”Yağış yanaqlarını yenə isladıb amma daha ağlamırsan” dedi. Son görüşümü bəhanələrlə bitirdim. Ağlaya –ağlaya evə getdim....
KAŞ MƏN AĞLAYANDA SUSAYDI YAĞIŞ...