Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
MARAQLI HEKAYƏLƏR

MARAQLI HEKAYƏLƏR

MARAQLI HEKAYƏLƏR


Gediş vərdişdir bir ürək üçün, ayrılıq çətin deyil. Bunu da unudaram. ancaq vaxtı deyildi. Sən getdin, yanında buraxdığını zənn etdiyin məni də sürüdün.
Yalnızlıq nə ağır bir ürək sancısıdır, nə parçalayan bir vurğundur bilə bilməzsən. İçini gəmirən qayğıların, məntiqinin önünə keçər. Şiddətli bir fırtınadan geriyə nə qalsa, ayrılığın ardından o qədər viranə qalar insanın ruhu. Qaldı ki, mən ayrılıqlara öyrəşmişəm, amma bu vaxtsız oldu.
Ayrılıq, gəlirəm deyər əslində, hiss edərsən. Qəbul edə bilməzsən, o ayrıdır, amma finala doğru getdiyini bilirsən. Ona görə çox da təəccüblənmərsən o an gəldiyində, üzülərsən, çox üzülərsən. Mən təəccübləndim! Hazırlıqsız idim...
Getdiyin yerdə daha xoşbəxtmisən deyə düşünməyəcəm. Elə olacağına inanmasan getməzdin. Vardır mütləq bir bildiyin, yoxsa bilmədən getdinmi? Bir macəradan kənara keçməyəcək, amma ruhunu bəsləyəcək bir yolculuqdursa çıxdığın, könlün rahat get, mən o duyğunu bilirəm. İnsanın axtarışlar içində öz çevrəsinə dörd döndüyü uzun zamanlardan sonra, zəncirlərindən qopma ehtiyacıdır bu hərəkətin, anlayaram.
Yalnız vaxtsız oldu. Bir az hiss olsaydım, gözündə, sözündə bir şey tapsaydım, gözləyərdim. Hətta mən yığardım çamadanını əllərimlə, gözəl dualarla yollayardım. Son gecənin, son olacağını bilsəydim, heç yatmadan üzünü seyr edərdim səhərə qədər. Qoxunu içimə doldurardım. Bərk sarılardım, günəş doğana qədər bədənimi ayırmazdım, amma bilmədim.
Vaxtı deyildi sevgilim, bu gedişin heç sırası deyildi. Hərçənd bəzən getmək də elə gözəldir ki! Tərk etdiyin mənim deyə eqoizm edə bilmərəm. Yeni bir səhifəyə başlamaq, bir macəraya doğru getmək necə bir həyəcandır bilərəm. Mən də birilərindən belə getmişdim...
Hər nə qədər vaxtsız da olsa bu ayrılıq, sənin adına dua edəcəyəm. Ümüd edirəm göyqurşağının altından keçmək üçün çıxmamısan yola. Gördüyün, dayanacağıq hər nöqtədə səni bir hadisə gözləyəcək. Yaşayacaqlar, keçmişindəki bağlardan qoparmaq... Kürəyində bir yük kimi daşıma, amma həmişə cibində tut dərslərini.
Vaxtsız bir vida, demək gedirsən, segili! Məni düşünmə, macəranın dadını çıxar. Diləiyin zaman get, gedə bildiyin qədər uzun get. Bir gün zəng et, xəbər ver mütləq, çünki mən maraqlanacağam, bu səfərdə nə qədər böyüdüyünü sənin...








SENINEM от 24 aprel 2016 10:25
GOZEL bir hekayedi oxumaqa deyer..
--------------------
yoxduu
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ