Hindistanlı modelyer Xarikrişnananın yeni dəbi internetdə ən çox müzakirə olunanlar sırasındadır.
Lunar.az Lent.az-a istinadən xəbər verir ki, söhbət onun ideya müəllifi olduğu qeyri-adi görünüşlü geyimlərdən gedir. Belə ki, modelyerin yeni dəbinin görkəmi üfürülmüş şarı xatırladır. Xarikrişnana iti ilə oynayarkən bu ideyanı düşündüyünü bildirib. Həmin paltarların 2020-ci il kişi geyimləri üçün ərsəyə gəldiyi də qeyd olunur.
London moda kollecində baş tutan sərginin əsas diqqət mərkəzi məhz bu geyimlər olub. Həmin sərgidən bəzi fotoları təqdim edirik: