Gəlinlik seçərkən bir çox məqamlara diqqət edirik. Gəlinliyin qiyməti, stiliniz, toyun keçirildiyi məkan, mövsüm, ailənizin fikri və s. Bəs bədən tipinizi nə dərəcədə nəzərə alırsınız? Halbuki bu, ən vacib məqamdır.
Armud bədən quruluşu
Şifon ətəkli gəlinliklər seçin. Klassik bal paltarı aşağı hissələrinizin böyüklüyünü aradan qaldıracaq.
Alma bədən quruluşu
Yunan tərzi gəlinlik modelləri seçin. Tökmələr yumru olan bədəninizin orta hissəsinə ölçü verəcək.
Qum saatı bədən quruluşu
Balıq modelləri seçin. Bədəninizin quruluşunu ortaya çıxarın.
Düz bədəni olanlar
Axan parça modellərinə üstünlük verin. Bogema formalı qat-qat ətəkli gəlinlik bədən quruluşunuza qıvraqlıq qatacaq.
Boyunuz balacadırsa...
Gəlinliyinizin üst hissəsi işləməli, ətək qismi minimalist olmalıdır.
Hündür boylusunuzsa...
İşləməli, incə paltar seçin. Hündür boylu qadınlar üçün çox qabarıq paltarlar problem yaradır. Olduqca sadə, incə paltar sizin görünüşünüzə zəriflik qatacaq.