Son zamanların ən çox dəbdə olan aksessuarlardan biri də cokerlərdir. Lakin mağazalar gəzib özünüzə uyğun coker tapmaq məcburiyyətində deyilsiniz. Bunların hər cürəsini evdə də hazırlaya bilərsiniz. Lunar.az sizi özünüz üçün coker düzəltməyin yolları ilə tanış edir. Təqdim etdiyimiz üsuldan istifadə edərək, özünüzə istədiyiniz formada cokerlər hazırlaya bilərsiniz.
Vəsaitlər: Krujeva, süni dəri, məxmər parka, məxmər lent, arxası yapışqanlı lent, knopka düymələr, yapışqan tapançası, qayçı, metrə.
Hazırlanması: Əvvəlcə boynunuzu ölçün və alınan uzunluğa bir neçə santimetr də əlavə edin. Süni dərini həmin uzunluğa görə kəsin. Digər mərhələlərlə fotolara baxaraq tanış ola bilərsiniz.