Dünya şöhrətli müğənni Cenifer Lopez məşhur italyan ayaqqabı dizayneri Giuseppe Zanotti ilə birgə ayaqqabı kolleksiyasını hazırlayıb.
Lunar.az-ın xarici mediaya istinadən məlumatına görə, "Giuseppe for Jennifer Lopez" adlanan kolleksiyaya seksual və şık ayaqqabılar daxildir.
Zanotti yeni kolleksiya haqda bunları deyib: “Mən hər zaman Cenifer Lopezdən ilham almışam. Bütün ayaqqabılarımda gördüyünüz formadan istifadə etməyi sevmişəm. Bu yeni kolleksiyam da ehtiraslı, modern, həm də əyləncəlidir. Tanış gəlir sizə?”
Cenifer Lopez isə qeyd edib ki, yeni kolleksiya öz şəxsi stilini qatmağa çalışıb. O, yeni kolleksiyanın bütün xanımlar tərəfindən bəyəniləcəyini və qarderoblarına daxil ediləcəyinə ümidvar olduğunu deyib.
Yeni kolleksiyaya daxil olan ayaqqabılar 795-2995 dollar arasında satışa çıxarılıb.
Qeyd edək ki, məşhur müğənninin "Glow Perfume by Jennifer Lopez" ətir brendi də var.