Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Whatsapp Mesajları Şifrələməyə Başlayıb

Whatsapp Mesajları Şifrələməyə Başlayıb

Whatsapp Mesajları Şifrələməyə Başlayıb


Ən məşhur ani mesajlaşma sistemi olan Whatsapp, çərşənbə axşamından etibarən xidmətindən istifadə edənlərin mesaj mətnlərini şifrləməyə başlayıb. Bu addımı atmaqda məqsədləri və sizə hansı üstünlükləri bəxş etdiklərinə gəlin birlikdə nəzər salaq.


Şirkətin yaydığı xəbərə görə, “end-to-end encryption” üsulu ilə şifrələnən mətnlər, göndərənin smartfonundan çıxan kimi şifrələnir və yalnız həmin mesajın ünvanı olan smartfonda qəbul edildikdən sonra deşifrə olunur. WatsApp mesajlarını kriminallar və təhlükəsizlik xidmətləri oxuya bilməyəcək. Milyardlarla istifadəçisi olan WhatsApp gələcəkdə tətbiq çərçivəsində edilən səsli telefon zənglərinin də şifrələnəcəyini vəd edib.

Facebooka aid olan WhatsApp şirkəti fərdi rabitələşmənin məxfiliyinin qorunmasını özü üçün əsas prinsip saydığını bildirib. Şifrələmə məsələsinin aktuallığı ABŞ-da Federal Təhlükəsizlik Xidmətinə (FBI) silahlı hücum etmiş California sakini Syed Farook-un iPhone cihazını yarmaq xahişilə Apple şirkətinə müraciət etdikdən sonra qabarıqlığı ilə ortaya çıxıdı.


Şifrələnmə ilə bağlı Whatsapp bildirib: “İdeya çox sadədir, sizin mesajınızı yalnız ünvanladığınız adam və ya qrup oxuya bilər, başqa heç kimin həmin mesajı oxumaq imkanı olmayacaq. Nə kibercinayətkarların, nə hakerlərin, nə repressiv rejimlərin, nə də bizim”.

Applikasiyanın son versiyası ilə istifadəçilər mesajların göndərişlərində dəyişiklik barədə xəbərdar ediliblər. Amnesty International bu hadisəni alqışlayaraq “söz azadlığı üçün böyük qələbə” adlandırıb. FBI prokuroru James Baker, xəbərlərə görə, şifrələnməni tənqid edib. “Bu addım təhlükəsizlik orqanlarının işini çətinə salacaq”, o, deyib. James Baker bu fikri Məxfilik Peşəkarlarının Beynəlxalq Assosiyasının sammitində bildirib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ