Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Mütləq İzləməli Olduğunuz Çox Maraqlı 10 Sənədli Film

Mütləq İzləməli Olduğunuz Çox Maraqlı 10 Sənədli Film

Mütləq İzləməli Olduğunuz Çox Maraqlı 10 Sənədli Film


Sənədli filmlər bizə müxtəlif dərin və maraqlı mövzularda daha tez məlumat sahibi olmaq imkanı verən mükəmməl ekran əsərləridir. Lakin, bu məqamda düzgün seçim etmək çox əhəmiyyətlidir. Sizə ən doğru məlumatları verəcək sənədli filmlərə baxmaq məsələnin ən vacib tərəfidir.lunar.az sizə fərqli mövzularda çəkilmiş bir-birindən maraqlı 10 sənədli filmi təqdim edir.

Carterland (2015)




Film Meksika və ABŞ sərhədində baş verən narkotik maddə gərginliyindən bəhs edir. “El Doctor” ləqəbiylə tanınan həkim Jose Mireles yaşadığı bölgədə narkokartelə qarşı mübarizə aparan Autodensas adlı vətəndaş hərəkatının lideridir. Digər tərəfdən Arizonada Cocaine Alley deyə tanınan 52 mil uzunluğundaki səhra dəhlizində qarşılaşdığımız Tim Foley isə Meksikada narkotik müharibəsinin sərhədin digər tərəfində keçməməsi üçün çalışan Arizona Border REcon adlı paramilitar qrupunu idarə edir.



Triumph of the will (1935)



İradənin zəfəri sənədli ekran əsəri1935-ci ildə faşist Almaniyasında təbliğat məqsədi ilə çəkilmiş sənədli filmdir. Almaniya Nasist Partiyasının (NSDAP) 1934-cü ildə Nürnberg şəhərində keçirdiyi təmtəraqlı 6-cı qurultayını göstərmək üçün hazırlanmış propaqanda filmi sayılır


Grizzly Man (2005)




Ayı mütəxəsisi Timothy Treadwell sevgilisi ilə birlikdə Alaskada milli parklarların birində ayıların arasında və heç bir kömək olmadan 7 ay boyu yaşadı. Ancaq bir gün onların hər ikisinin cəsədi ayılar tərəfindən parçalanmış şəkildə tapıldı. Rejissor Werner Herzog sənədli film fortmatında bu ölümün arxasındakı həqiqətləri və insanlar vəhşi təbiət arasında olan münasibəti sorğulamağa çalışır.


Man on Wire (2008)



7 Avqust, 1974-cü ildə Philippe Petit adlı fransız gənc New York şəhərinin əkiz qüllələri arasında bərkidilmiş kəndir üzərində ilk addımlarını atmışdı. 411 metr yüksəklidə bir saat rəqs etdikdən sonra polis tərəfindən saxlanılaraq psixoloji vəziyyəti araşdırıldıqdan sonra azad edilmişdi. James Marsh Petit və dostlarının bu “sənət cinayəti”nə necə hazırlaşdıqlarını barədə mükəmməl sənədli film çəkib.


Blackfish (2013)



Su parklarında əsarət altında saxlanılan minlərcə heyvandan biri olan Tilikum adlı orca’nın həmin dövrdə üç insanı öldürməsi ilə bağlı sənədli film.

The Thin Blue Line (1988)



Çəkildiyi ildə sənədli film dünyasını alt-üst etmişdi. Filmdə göstərilən reportajlar və etiraflar sübut olaraq göstərilmiş və edama məhkum olan insanı ipdən almışdı. Film “12 Angry Man”in real hadisələr üzərindən çəkilmiş versiyası olaraq görə bilərik.


Hoop Dreams (1994)



William Gates ve Arthur Agee adlı Afrika əsilli iki məktəbli istedadlarının aşkara çıxması sayəsində əksəriyyətin ağ tələbələrdən ibarət olduğu xüsusi proqram olan Westchester’ə seçildilər. Illinois’də St.Joseph High School’a qəbul olunmaları və burada yüksəlişləri barədə çəkilmiş film.


Man With A Movie Camera (1929)







Vertov’un Kameralı adam adlı əsəri Moskva, Riqa və Kiyevin görüntülərinin montajlanaraq davam edən bir tam gün haqda bəhs etməsi üzərinə qurulub.

Night and Fog (1955)



Bəşər tarixinin ən dəhşətli soyqırımlarından Holocaust barədə çəkilmiş sənədli film. Alain Resnais’in həmin faciələri ölümsüzləşdirmək üçün çəkdiyi filmdə Polşa, Fransa və Belçikadan görüntüləriistifadə etsə də, Almaniyadan heç bir görünrü istifadə etməyib. Holocaust faciəsi barədə çəkilmiş sənədli filmi xüsusilə tarixsevərlərin diqqətini çəkəcək.

The Cove (2005)




Oscar da daxil olmaqla, xeyli sayda mükafat alan mükəmməl film. Yaponiyanın uzaq və gizli körfəzində edilən cinayətlərdən bəhs edən sənədli film Yaponiyanın özündə qadağan olunub.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ