Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İstirahət günü izləmək üçün 5 mükəmməl film

İstirahət günü izləmək üçün 5 mükəmməl film

İstirahət günü izləmək üçün 5 mükəmməl film


Həftəsonu film izləməyi sevənlərin sayı olduqca çoxdur. Bütün həftənin yükünü üzərindən ataraq, filmlərdəki dünyalara köklənmək əsl istirahətdir. Lakin film seçmək heç də hər zaman asan olmur.

İstirahətinizi daha yaxşı keçirməyə kömək etmək üçün lunar.az sizə 5 maraqlı film təqdim edir. .

1. “Birdman”
Komediya, ABŞ, 2014-cü il, Müddəti: 119 dəq.

İlk dəfə Venesiya Film Festivalında təqdim olunduğu andan filmsevərlərin diqqətini çəkməyi bacarmışdı. “Birdman”i 2014-cü ilin ən parlaq filmlərindən biri hesab etmək olar. Filmə mütləq subtitrlə baxmağa çalışın. Xüsusilə də, Norton və Kitonun səsləri əsl tamaşa atmosferi yaradır.



2. “Amour”
Dram,Fransa və Avstriya, 2012-ci il, 127 dəq

2012-ci ildə Kann Festivalında “Qızıl Palma Budağı”nı almışdır. Kinonun hekayəsi çox ağırdır, lakin olduqca da mükəmməldir. İnsan həyatının sönməsini başqa cür göstərmək də düzgün olmazdı. Bu sevgi hekayəsi heç kimi laqeyd qoymur.



3. “The Prestige”
Dram, Böyük Britaniya və ABŞ, 2006-cı il,130 dəq.

19-cu əsrdə sehrbazların hələ hörmət gördüyü və əsrarəngiz olaraq qəbul edildiyi bir vaxtda iki gənc sehrbazın – Robert Angier (Hugh Jackman) ve Alfred Borden (Christian Bale) populyarlığı sürətlə artırdı. Angier’in yoldaşı Julie tamaşa əsanasında öləndə, Angier Borden’i buna görə günahkar hesab edir. Bu hadisə iki sehrbazın arasında ömür boyu davam edən düşmənçiliyin və rəqabətin başlanğıcı olur.



4.”Letters from Iwo Jima”
Müharibə, dram, ABŞ, 2006-cı il,142 dəq.

Clint Eastwood’un II. Dünya Müharibəsindən- İwo Jima haqqında çəkilmiş filmdir. Film müharibəyə qoşulan yapon komandir və əsgərlərinin yazdıqları məktublar üzərindən çəkilib. İwo Jimada iştirak edən əsgərlərin keçmişlərindən və həmin an yaşadıqlarından xəbərdar olacaqsınız.



5. “Leviathan”
Dram, Rusiya, 2014-cü il, 140 dəq.

Rus rejissor Andrey Zvyagintsev tərəfindən çəkilmiş film. İcra başcısı tərəfindən evi əlindən alınmaq istəyən bir insanın hekayəsidir. Rusların son illərdə çəkdiyi ən yaxşı filmlərdən biri hesab olunur.









Esgeroov
Esgeroov от 25 fevral 2016 22:17
Ezyet Cekib Paylawrsiz Beyendim Elnize Saliq .
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ