Istəsəniz, səhv düşünün, amma hər vəziyyətdə öz başınızla düşünün.
Sözlərin gücünü anlamadan, insanların gücünü anlaya bilməzsən.
Insanların xoşbəxtlikləri ya da bədbəxtlikləri, talehin olduğu qədər öz xarakterlərinin də əsəridir.
Xoşbəxt olduğunuz zaman, sizə bu xoşbəxtliyi verən fəzilətləri sonradan itirməyin!
Mal itirən, bir şey itirmişdir, qürurunu itirən bir çox şey itirmişdir. Lakin cəsarətini itirən hər şeyini itişmişdir.
Hər şeyi bildiyini sanma! Əslində çox məlumatlı olsan da, özünə "Cahiləm"deyə biləcək cəsarətin olmalıdır.
Gül təqdim edən bir əldə daim bir az gül qoxusu qalar.
Nəhənglər kimi əsərlər buraxmaq üçün, qarışqalar kimi işləmək lazımdır.
Sözün ən gözəli, söyləyənin doğru olaraq söylədiyi, dinləyənin də faydalandığı sözdür.
Yazı yazmağı öyrənmək, hər şeydən əvvəl düşünməyi öyrənməkdir.
Düşmənlərinizi bağışlayın, bu bir böyüklükdür. Amma onları unutmaq böyük bir axmaqlıqdır.
Üç adamın bildiyini, bütün kənd bilir deməkdir!
Pis bir cəmiyyətin poza bilmədiyi insanı, pis bir yoldaş pozar.
Dünya gözəldir,amma bir şairin gözüylə dahada gözəl olar.
Insanlar səhvlərini xoşbəxtkən deyil, ancaq bədbəxt ikən anlayar.
Nankor insan, hər şeyin qiymətini bilən, lakin heç bir şeyin dəyərini bilməyən kimsədir.