Hər il yanvarın beşindən etibarən bir ay ərzində Çinin Harbin şəhərində buz və qar festivalı keçirilir. Qar və buzdan hazırlanmış heykəllər, binalar, saraylar festivalda ən qədim buz oyma texnikası ilə, lazerlərlə rəngarəng hala gətirilərək sərgilənir.
Hər il qışın ən soyuq günlərində turistlərin və yerli xalqın çox sevdiyi əyləncə mərkəzlərindən birinə çevrilən Harbində buz sərgiləri 1963-cü ildən etibarən nümayiş etdirilməyə başlayıb. Buz festivalı 1966-cı ildə Mədəniyyət İnqilabından sonra dayandırılsa da, 1985-ci ildə yenidən başlayıb.
Amerikada Burnning Man Festivalının alovlarından sonra sərinləyəcəyiniz Harbin Festivalından fotoları təqdim edirik.