Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Dostu çox olanın dostu yoxdur.

Dostu çox olanın dostu yoxdur.

Dostu çox olanın dostu yoxdur.




Kişidə mərdlik – hakimiyyət, qadında mərdlik – itaət.
Məlumlar çoxlarına naməlumdur.
Sevmək, sevilməkdən yaxşıdır: bununla belə insanlar şöhrətpərəst olduqlarından özləri sevmək
əvəzinə sevilməyi üstün tuturlar. Onlara görə sevimli olmaq hansısa üstünlük deməkdir.








Dostu çox olanın dostu yoxdur.

Bəziləri sanki əbədi yaşayacaqlarmış kimi elə hey yığır, digərləri isə elə indi öləcəklərmiş kimi dağıdır.

Nəyə görə ata oğulu daha çox sevir, nəinki oğul atanı? Çünki oğul onun əsəridir. Hər kəs öz yaratdığına meylli olur.

Qəribəliklər maraqlı olur: bunu nə isə nağıl edənlərin xoş olsun deyə birinin üstünə beşini qoymasından görmək olar.







Heyvanlardan yalnız insan gülməyə qadirdir.

Biz asudə vaxt qazanmaq üçün asudə vaxtımızdan məhrum oluruq.

Bədənin çiçəklənmə dövrü 30-35 yaş arası, ruhun çiçəklənmə dövrü isə təqribən 49 yaşdır.

Həm düşmənlərin, həm də dostların xətrinə dəyirlər, çünki birinciləri incitmək asan, ikinciləri incitmək isə xoşdur.







Hakimiyyəti pulla alanlar ondan pul çıxarmağa vərdiş edirlər.

Aristotelə deyirlər ki, kimsə onu uzaqdan uzağa söyüb; o cavab verib: “Uzaqdan uzağa o qoy məni lap döysün”.

Boş – boş söhbətləriylə Aristoteli boğaza yığan biri ondan soruşur:
“Sizi yormadım?”. Aristotel cavab verir: “Yox, mən qulaq asmırdım”.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ