Gecədirmi insanı kədərləndirən, yoxsa insandırmı kədərlənmək üçün gecəni gözləyən? Gecədirmi səni mənə düşündürən yoxsa mənəmmi səni düşünmək üçün gecəni gözləyən?
Sevgi sevən üçün sevinc, sevilən üçün qürur, sevib də ayrılan üçün ölüm deməkdir.
O qədər günahsız sevdim ki səni, gözlərinə baxarkən belə utandım..
Sən xəyalini qurub, sonunda tapdığım o xəyallarımdakı adam deyilsən. Sən qarşıma çıxıb mənə eşqi xəyal etdirən adamsan.
Bütün şairlər sənəmi aşiq idi ki hər oxuduğum şeirdə, dinlədiyim mahnıda sən var idin.
Sevirsənsə bu gün soruş, bu gün ara, sabaha kim ölə, kim qala..?
Ürəyimi və ruhumu verməmin bir faydası yoxdur, sən onsuz da bunlara sahibsən. Ona görə sənə bir ayna gətirdim. Özünə bax məni xatırla.
Sevmək çətin iş, nə maaşı var nə sığortası, Bir ayrılığı var bir də gözyaşı.
Sevə bilərsinizmi? Qarşılıqsız, gözləməsiz, hesabsız, çıxar olmadan, azad buraxaraq. Sırf bir başqasının yaxşılığını, xoşbəxtliyini istəyərək…
Biz başqa sevərdik, ona görə başqa sevə bilmədik.
Çox gözəl gülümsəyirdi, sevmədən keçə bilmədim.
Qucaqlamağı bilərsənmi? Sahiblənməyi, sahibləndiyində sadiq qalmağı? Sən bilərsənmi aşiq olmağı?
Bölünə bilərsənmi ikilərə, üçlərə, lazım olsa minlərə? Edə bilərsənmi? Həqiqətən sevə bilərsənmi?
Sevə bildiyin qədər sev, həyat qısa…
Unutma, ya çox sevərsən, ya da heç sevməzsən.
Allah ürəyimizə ürəyi ilə gələnləri nəsib etsin.
Mən sənə əsəbləşsəm, özümə küsərəm.
Sən mənim mahnımsan, hər kəsin dili dönməz.
Çünki hər bir zərrəm aşiq hər bir zərrənə.
Səsindəki dincliyi kimsə bilməsin, qısqanaram.
Sevmək üçün ürək, davam etdirmək üçün əmək gərək.
Heç bir hərfi sənsiz bir cümləyə qurban etmədim.
Sən məni sev, geri qalan hər şeyi mən həll edərəm.
Mənim yalnız iki əlim var, həyata dörd əllə yapışmaq üçün sənə də ehtiyacım var.
Sən belə bilə bilməzsən gülüşün mən də neçə bahar edər.
Canımın içi, sən hansı şeirdən qaçıb gəldin ürəyimin orta yerinə?
Sən mənim ilk şeirim, ilk döyüşüm, sən mənim 17 yaşımsan.
Sən mənim səmaya göndərdiyim duamın yer üzündəki cavabısan.
Gəl birlikdə alaq nəfəsimizi sevdiyim, sənsiz boğazımdan keçmir.
Özümə gələ bilmirəm, sənə gəlsəm olarmı?
Öyrəndik ki, hər yaranı sağaldan zaman deyil, sevgidir.
Mənə üzünü dönmə gecə olur sanıram.
Getdin.. və solumda qaldın və nəfəsimdə və sonumda.
Görmədən səni istəyən könülüm, görəndə necə dözsün.
Möhkəm qucaqla məni, aramızdan külək belə keçməsin.
Sevmək və sevilmək günəşi iki tərəfdən hiss etməyə bənzər.