Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qemli Sevgi Statuslari 2017

Qemli Sevgi Statuslari 2017

Bəzən kədər, göz yaşlarının çatmayacağı qədər dərindədir.
Kədər məkan dəyişdirər zamanla, məndən keçər sənə köçər sevdiyim.

Sahib olduğum amma həmişə başqasınınmış kimi hiss etdiyim ürək sancımdın sən...
Kimsə bilməz ki, canım, bir yara bir ömür necə qanayır.
Bilirsənmi necə çətindir yaş gözlərlə yatmaq, toxunanda qanayan bir qəlb daşımaq, həsrət dolu gözlərlə ətrafa baxmaq və bilirsənmi necə çətindir bu həyatı sənsiz yaşamaq.

"Günlərdir niyə susursan?" Dedim. "Səni narahat etmək istəmədim" Dedi. Susduğu hər gün narahatıydım o bilmədi .
Artıq başqa biri alacaq yerimi. Və bilirəm zamanla unudacaqsan məni, amma son dəfə düşün sevə bilərmi səni, mənim sevdiyim kimi...
Ay deyil, fəsil deyil, bir ömür keçdi sənsiz, kaş ki belə sevməsəydim, ağlayıram çarəsiz...
Mən sadəcə yoluydum. Amma sən məni həmişə itirdin!
Həyatın ən hüznlü anı, mövsümünə qapıldığın adamın bağçasında aça biləcək bir çiçək olmadığını anladığın andır.
Kaş ki uşaqkən çox xoşbəxt olmayıb bir azını da bu zamanlara saxlasaydım. Lazım olur bu günlərdə.
Bir damcı kədərdir qəlbimdən gözlərimə əks olunan.
Ehtiyacım olan nə idi bilirsənmi? Bir çobanyastığı yarpağı daha!
Çox zaman sən kor olarsan məhəbbətindən, O isə nankor!
Arzulayıram ki xoşbəxt ol sevgilim. Mən olmasaım belə həyat gülsün sənə. Günahım boynunda, ağlayan bir cüt göz qoyub getdin arxanda.
Hansına ağlamalıyam? Həyatımı məhv edib məni bir nəfəsə sildiyinəmi? O qədər etdiyinə baxmayaraq səni siləmədiyiməmi?

Əgər sevirsənsə tənhalığa məhkum olursan!
Gedişini ayıq şəkildə izlədim, gəlişini sərxoş bir şəkildə gözlədim.
Gözləri uzaqlara baxıb yol çəkən birinin, yaxınlarda olmayan bir hekayəsi vardır.

Güvənmə mənə! Üzünə gülər, arxandan ağlaram.
Hansı mövsümün küləyidir eşq? Hansı yana dönsəm üzümə hüzün əsər.
Şərtmi dodaqlarımla qal deməm, gözlərim haray haraya getmə deyə çığırarkən

Sən gedərkən necə çarəsizdim? Izah edim, böyük meşə yanırdı və mənim gözlərimdən başqa yerdə su yox idi!
Sən gedirdin mən qalırdım. Və birdən bir yağış başladı. Hər şeyin susması üçün.

Səni ağlıma gətirəcək çox mahnı varkən, yanıma gətirəcək heç bir şey yoxdur.
Sevdiyini itirən insanın, gülümsəməsində belə bir hüzn var.
İndi ürəyimmi sənə haqq-hesab çəksin, yoxsa tökülən göz yaşlarımmı?
Hərdən güzgüyə baxarkən üzün deyil, kədər görünər...

Bəzən kaş tanış olmamış olsaydıq deyirəm çünki tanışmasaydıq, gecələri ağlamadan yata bilərdim.
Bir gün məni necə paslı bir qayçıla, necə də dərindən budayıp getdiyini fərq etdim. Yeni bir fidan verə bilməyəcək qədər dərindi kəsib atdıqların. Sənsizliklə meydana gəlmiş xəstəliyimə sənin belə çarə olmayacağını çox gec anladım.
Gözlərindən axan hər damla yaş, ürəyimdən axan bir damla qan kimi, ölməmi istəyirsənsə dayanma ağla, bu canım sənə fəda.
Gülən gözlərim sanma ki bəxtiyar, atdığım qəhqəhələrdə minlərlə gözyaşı var...

Əhəmiyyətsiz saydığımız ən adi hadisələr bəzən həyatımızı cəhənnəmə döndərə bilər.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ