Kim sevərdi məni əgər olmasaydı cəsarətim!
Bir gecə, boş küçə, bir qələm bir də mən!
Bəlkə səbəb qırılmış sevginin depressiyası,
Mən sanki ümidsizliyin canlı versiyası!
Həyata olan bütün marağım öldü, boş deyinmək maraqsız!
Kim görəsən dözər mənim çətin, qəribə xasiyətimə..
Hərdən baxıb nifrət eliyirəm özüm öz xasiyətimə..!
Səhər var ama günəş yoxdu, sevinc var ama gülüş yoxdu, Qələbə var ama döyüş yoxdu..
Dəcəl uşaqların cığal oyunu, həyata itdi güvənim..!
Həyatım maraqsız nağıldı sanki...!
Yaşamağımın mənası, ölməməkdi sadəcə..!
Kimlər nifrət eliyir amma qorxub üzümə söyə bilmir..
Kimlər gizli-gizli sevir amma susur, deyə bilmir..!