Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Belke Tanri da cekdi sigal

Belke Tanri da cekdi sigal

Belke Tanri da cekdi sigal


Hansı müqəddəs saydığınız su təmizləyəcək günahlarınızı?!

Axanda bir uşağın boynundan qan

Tanrı Tanrı olsa, bir zərrəsini belə bağışlamaz

Günahlarımızın...

Ağla! Ağla Zeynəbim, ağla Fatiməm, ağla Leylam

7 yaşında ürəyindən böyük yaralarına ağla

Ağla, bəlkə səsinə oyandı göydəkilər, bəlkə qaçdı yuxuları

Bəlkə yandı yüz iyirmi dörd mindən birinin ürəyi halımıza

Bəlkə Tanrı da çəkdi sığalı

1400 il əvvəl demişdi özü Onun bir adı da Dərmandı...

Əgər cəhalət bir millətin ən böyük silahına çevrilibsə

Əgər Allahlaşdırılıbsa şəxslər və ölürsə körpə Hüseynlər

Ağrıdan dizini döyüb bir ananın övladı cansız yerə düşər

O kağıZlara imza atanları yığsan bir yerə

Dəyməz saçlarının öz qanı bulaşmış bir uşağın tellərinə

Bizi qoruyanların əslində bizi vuranlar olduğunu bilmirsiz

Bilməyəcəklər...

Ölçüsüz bu müharibə!

Bir tərəfdə tanklar, bir tərəfdə uşağlar ayaqyalın

O balaca gözlərində sanki kabuslar həyatda və üzərlərinə gəlir

Ölçüsüz bu müharibə və talehlərdə alçaqmış!

Niyəsə boşluğa atılan hər güllə, gedib kasıba dəyir

Mən yemək seçirəm, o yemək istəyir

Mən seçib geyinirəm, o çılpaq üşüyür

Mən sevib evlənirəm, o 8 yaşında qurban gedir

Və mən bir gün dikəcəm gözlərimi böyüklərin gözünə

Və deyəcəmki:

Sən sevişənə qədər, mən sevənə qədərəm

Sən pulu görənə, mən ölənə qədərəm

Sən arxanda durana, mən Tanrıma qədərəm

Biz eyni dünyada yaşamamalıydıq!

Biz eyni dünyada yaşamamalıydıq...

Kəsil səsim, kəsil!

Övlad kimi sevdiyin qadının uğruna

Sus! Sus, sus danışma!

Yansın millətin qəlblilərin ocağında

Ulasın mahnı adıyla gecəsi 100 manatlıq sənətçilərin

Yazarlarıvın kitabları qurban getsin sarı saçlı köçəri bir tacirə

Ədəbiyyatçıların 8 nəfərlik debatlarında alqış dərdində

Kəsil səsim kəsil!Danışma birdə!

Nə şeir yazmağın dadı qalıb bir gün yağış üzərinə

Nədə qucaqlayıb yatmaq Anavı

Ağrıvın köksünə...

Kəsil qollarım kəsil!

Bu ağrıyla onu qucaqlama birdə

Qanıvıda burax get Atavın qəbrinin üstünə

Mən qadınların gözlərinə baxmağdan qorxub, bədəninə baxan kişilərlə dolu dünyadanam

Burada işim yox...

Mən bir sevdiyim adamlara, birdə axmaqlara susdum

Birinə ürəyim imkan vermədi, birinə kitablarım

Mən ayaqyalın qalan uşaqların tayfasındanam

Bir çörəyi 8 yerə bölüb yeyən Atalardanam

Mən baxışlarında kədər olan, soyuq qışda qar əridən o 6 yaşında qızın qardaşıyam

Hansı inanc açıqlayacaq mənə bir uşağın gecə ac yatmağını?!

Qarşıma çıxacaq bütün xoşbəxtliklərdə cəhənnəmə!

Susuzluqdan ölən hər uşaq mənəm!

Minlərlə balaca məzar var mənim ürəyimdə...










Nur
Nur от 5 iyun 2016 18:32
Gozel sozleri idi :D elerine saliq
LoVe Fire от 5 iyun 2016 22:29
Oxuyarken gozlerim agridi reng secimin bir az duz olmaiw ama sozler cox gozeldi ....tewekkurler ellerina saxliq.
--------------------
Princess от 6 iyun 2016 09:23
Yazinin rengi adamin gozlerini agridir :fellow:
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ