Həyatimdə ilk dəfə "Allahım haqqımı halal etmirəm,ahımı duy!" dedim… Həmişə bağışladım nə oldusa, Rəbbim bağışlayırsa bizə də bağışlamaq düşər dedim... O bu cür böyük şeyləri bağışlayarkən sən necə olarbilər ki bağışlamazsan belə kiçik şeyləri?" dedim həmişə ürəyimdə … Haqqım tapdalandı...Amma düşündüm və sonra nə qədər üzülmüş olsam da "bağışladım" dedim… Bəzən xorgörüldüm, qırıldım, ağladım səssizcə hər gecə... Amma bezmədən usanmadan bağışladım…
Rəbbim "Siz mənim hansı özəl xüsusiyyətimi daşısanız , necə olsanız mən də sizə elə davranaram demirmi ?"dedim yenə öz özümə yenə bağışladım…
Bilirəm hər şərdə bir xeyir var amma bu səfər cox üzdülər məni… Çox yoruldum...
Rəbbim amma nə olursa olsun eşitmə ahımı, sən heç kəsdən soruşma bunun hesabını. Səndən tək diləyim mənim ürəyimə yenə bağışlama gücünü ver Rəbbim… Sən necə hamımıza tək-tək, bir anda daha çox mərhəmət edib, həmişə bağışlayırsansa, mənə də bir damlasını ver ki bağışlaya bilim...
Sənə layiq qul ola bilim Allahım…