Duanın şərtləri olduğu kimi, kamilliyə çatmaq üçün də ədəbi vardır. Bu ədəbdəb bəziləri:
1- Dua etmədən əvvək Akkaga səna etmək və Peyğəmbər (s.ə.s)-a salavat etmək.
Fudalə bin Ubeyd (r.a)-dan: Rəsulallah (s.ə.s) belə buyurdu: ?Sizdən biriniz dua edəcəyi vaxt Rəbbinə hamd və səna ilə başlasın. Sonra Peyğəmbərə salavat gətirsin. Sonra dilədiyi şeyi istəsin? (Tirmizi, 3708)
2- Duada israrlı olmaq və tələsməyi buraxmaq:
Əbu Hureyrə (r.a)-dan: Rəsulallah (s.ə.s) belə buyurur: ?Sizdən biri tələsib: ?Dua etdim, mənə cavab gəlmədi? demədiyi müddətcə o kimsəyə cavab verilmir? (Tirmizi, 3609; İbn Macə, 3853)
3-Ailənin, malın və canın əleyhində dua etməkdən çəkinmək:
Duadan fayda qazanılması və zərərin dəf edilməsi qəsd olunur. Ailə, mal və canın əleyhində edilən duanın gerisində heç bir məsləhət yoxdur. Əksinə bu dua edən kimsə üçün sırf zərərdir. İnsan ailəsinin, övladının, malının və canının pozulmasından və ya onlara zərərin çatmasından nə umur? Buna görə Rəsulallah (s.ə.s) belə buyurur: ?Nəfslərinizin əleyhinə dua etməyin, uşaqlarınızın əleyhinə dua etməyin, mallarınızın əleyhinə dua etməyin....? (Əbu Davud, 1532)
4-Dua edərkən əlləri qaldırmaq:
Əbu Musa əl-Əşari (r.a) belə dedi: ?Rəsulallah (s.ə.s) dua etdi və əllərini qaldırdı. Hətta qoltuq altlarının ağlığını gördüm?. (Buxari, 6323)
Rəsulallah (s.ə.s) belə buyurur: ?Rəbbimiz çox həyalıdır və çox comərddir. Qulu Ona əllərini qaldırdığı vaxt onu bomboş olaraq geri çevirməkdən həya edər? (Əbu Davud, 1488; İbn Macə, 3865)
5-Böyük və ya kiçik bütün istəklərimizi Allah Təaladan istəməmiz lazımdır.
İnsanların çoxusu bundan qafildirlər. Onları sadəcə böyük işlərdə və şiddətli bəlalarda Allaha sığınıb Ondan istədiklərini görərsən. Bunun xaricindəki şeylərdə isə Allahdan bir şey istəməzlər. Bu xətadır, müsəlmana yaraşan böyük və ya kiçik bütün istədiklərini Allaha ərz etməsidir.