Sən heç dəyişməyə çalışdınmı?
Sən heç özünü bir başqasının yerinə qoydunmu?
Sən heç dua edərkən ağladınmı?
Sən heç etdiyin səhv hərəkətlər üçün qarşındakından üzr istədinmi?
Sən heç peşmanlıqlarından dərs aldınmı?
Sən heç ALLAHa sənə bəxş etdiyi nemətlər üçün şükür etdinmi?
Sən heç köməyə möhtac insanlar üçün dua etdinmi?
Etmədinsə hələ gec deyil...
Allahım !!!
Bu an kimin harada bir çətinliyi varsa, Sən ona kömək et..
Allahım !!!
Bu an kimin harada çarəsiz bir dərdi varsa, Sən ona çarə ol..
Allahım !!!
Bu an kim harada ağrıdan inləməkdədirsə, Sən ona rəhmətinlə yetiş..
Allahım !!!
Sevdiklərimi Sən də sev və onlara baqi dinclik və sevinc ver
Allahım !!!
İman və əxlaqın ən gözəlini yerləşdir o sevdiyin ürəklərə..
Allahım !!!
Sən Sənə ədəblə gələni geri çevirməzsən, dualarımızı salehlərin duası et
Amin!