İKİNCİ DƏRS
Həzrəti Peyğəmbər (s) buyurub: "Tanrı ilə danışmaq istəyən Quran oxusun”.
ƏRƏB ƏLİFBASININ TƏLİMİ
5-ci hərf - " Cim ”. Cim hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın
Adı - Cim
Səsi - C
Tipi - 4 cürə yazılır
6-cı hərf - " Ha ”. Ha hərfi 4 cür yazılır.Ha hərfini deyən zaman boğazda,yəni hava boğazın divarlarına sürtülərək çıxır.Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın
Adı - Ha
Səsi - boğaz H-sı(sanki dərindən bir qalın bir nəfəs səsi)
Tipi - 4 cürə yazılır
7-ci hərf - " Xa ”. Xa hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın
Adı - Xa
Səsi - X
Tipi - 4 cürə yazılır
HƏRF BİRLƏŞMƏLƏRİ
Keçdiyimiz hərflərin yazılış və tələffüz qaydaları
Qeyd: İkinci dərsi tam öyrənməmiş Üçüncü dərsə keçməyin.