***Qurani-Kərim buyurur: Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq edirsiniz, əgər pislik etsəniz, özünüzə pislik edirsiniz. {İsra surəsi, ayə 7}
*** Peyğəmbər (s.ə.a.s.) buyurur: Yaxşılığı qəlbin nuru, üzün zinəti və işin qüvvəsi, günahı isə qəlbin qarası, işin əzifliyi və üzün eybəcərliyi gördüm.
*** Qurani-Kərim buyurur: Həqiqətən Allah-Təala ədalətli olmağı, yaxşılığı, qohum əqrəbaya bəxşiş verməyi əmr və çətinlikləri, pislik və zülmü qadağan edir... {Nəhl surəsi, ayə 90}
*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: Yaxşılıq etməklə qəlblr ələ alınar.
***Əmir-əl-Möminin Əli (ə.) buyurur: Bəndələrə yaxşılıq etmək o biri dünya üçün nə gözəl azuqədir.
*** Peyğəmbər (s.ə.a.s.) buyurur: Sənə pislik edənə yaxşılıq et.
*** Qurani-Kərim buyurur: Hər kəs bir yaxşı iş görərsə, ona 10 dəfə artıq mükafat verilər. Hər kəs bir pis iş görərsə, o qədər də cəza görər və onlara zülm olunmaz. {Ənam surəsi, ayə 160}
*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: Yaxşılıq etmək əbədi ehtiyatdır. (Yəni, həmişə qalandır və yaxud da həmişəlik əbədi olan Qiyamət gününün ehtiyatıdır).
*** Əmir-əl-Möminin Əli (ə.) buyurur: Sənə yaxşılıq olunduqda onu yada sal, sən kiməsə yaxşılıq etdikdə isə onu yaddan çıxart!
*** Peyğəmbər (s.ə.a.s.) buyurur: Heç bir yaxşı əməli aşağı tutma. Hətta qardaşınla gülərüz təmasda olmaq (kimi əməl) olsa belə!