Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Ərəb dili - 1 ci dərs

Ərəb dili - 1 ci dərs



BİRİNCİ DƏRS


Həzrəti Peyğəmbər (s) buyurub: "Sizin ən yaxşınız Quranı öyrənib,başqalarına öyrədəndir”.

ƏRƏB ƏLİFBASI HAQQINDA

ÜMUMİ MƏLUMAT


Ərəb əlifbasında 28 hərf vardır.Ərəb əlifbasındakı hərflər yalnız samit səsləri bildirir. Sait səslər isə "hərəkə” adlanan xüsusi işarələrlə ifadə olunur.
Hər dildə olduğu kimi ərəb əlifbası hərflərinin özünəxas yazılışı, adı və tələffüzü vardır.
Ərəb dilində oxumağı və yazmağı öyrənənlər ərəb hərflərinin düzgün yazılışına və tələffüzünə xüsusi diqqət yetirməlidirlər.
Ərəb hərfləri bizim hərflərdən fərqli olaraq sağdan-sola yazılır və oxunur. Ərəb hərfləri böyük və kiçik hərflərə bölünmür.
Sözlər hərflərin birləşməsi ilə əmələ gəlir və ərəb hərfləri birləşərkən onun birləşən forması sərbəst formasından bir qədər fərqlənir. Buna görə də hərflərin təlimində hərfin həm sərbəst, həmdə birləşən forması göstərilmişdir.
Bu dilin müxtəlifliyindən biri odur ki, bəzən eyni samitlər 2, 3 və hətta 4 müxtəlif şəkildə yazılır.


ƏRƏB ƏLİFBASININ TƏLİMİ


1-ci hərf- " Əlif ”. Əlif hərfi 2 cür yazılır. Bu hərf özündən sonrakına birləşmir, o zaman müstəqil yazılır. Özündən əvvəlkinə isə ortada olan forması ilə birləşir.
Adı - ƏLİF
Səsi - İşarə qoyulmadıqda heç bir səs vermir.
Tipi - 2 cürə yazılır



2-ci hərf - " Bə ”. Bə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın.
Adı - Bə
Səsi - B
Tipi - 4 cürə yazılır



3-cü hərf- " Tə ”.
Tə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın
Adı - Tə
Səsi - T
Tipi - 4 cürə yazılır


4-cü hərf- " Sə ”. Sə hərfi 4 cür yazılır. Sözün hər bir formasında, hər bir yerində birləşir. Bu hərfi ifadə etmək üçün dilin ucu alt və üst dişlərin arasında olaraq ifadə edilir.Şəkildə siz bu hərfin hər formasını görürsünüz.
Hərfi sağdan sola doğru qələmi götürmədən yazın
Adı - Sə
Səsi - pəltək S (dilin ucu alt və üst dişlərin arasında olaraq ifadə edilir.)
Tipi - 4 cürə yazılır


HƏRF BİRLƏŞMƏLƏRİ

Ərəb dili - 1 ci dərs

Keçdiyimiz hərflərin yazılış və tələffüz qaydaları

[media=https://youtu.be/uXdO1h-ZARk]

Qeyd: Birinci dərsi tam öyrənməmiş İkinci dərsə keçməyin.








✵Дорогой✵
✵Дорогой✵ от 22 fevral 2016 21:13
werhleriniz :D
Sadiqov от 22 fevral 2016 22:03
Vaxtim olduqca oyrenerem insallah eveler bilirdim biraz unutmusam
--------------------
LoVe Fire от 23 fevral 2016 13:16
Oyrenecem insAllah:)Paylawdigincun sagol Allah razi olsun.
--------------------
Esgeroov
Esgeroov от 23 fevral 2016 15:04
InwALLAH mende Orgenecem Paylawdiqniz ucun cox sagolun
Prinsesa от 23 fevral 2016 17:52
Hmmm tewekkurler.ama men hele ingilis rus oyrenirem
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ