Qara nöqtələr əksər adamları narahat edən bir dəri problemidir. Xüsusilə üz və burun nahiyəsində çıxan qara nöqtələri yox etmək üçün bir çox kosmetik vasitə var. Bəs qara nöqtələri təbii yolla necə apara bilərsiniz? Lunar.az qara nöqtələri yox edən darçın maskasını təqdim edir.
Darçın antioksidant qaynağı olduğu üçün çox təsirli bir mikrob və iltihab önləyicidir.
Aloe vera tərkibindəki A, C, E və B12 vitaminləri ilə qara nöqtə və sızanaqları yox edir.
Badam yağı isə dərini dərindən təmizləyərək, orada yığılan çirki çıxarır.
Lazım olanlar:
1 çay qaşığı toz darçın 3 çay qaşığı aloe vera geli 1 çay qaşığı badam yağı
Hazırlanması:
Verilənləri qarışdırın. Üzünüzü ilıq su ilə yuduqdan sonra bu qarışımı təsir etməsini istədiyiniz yerə sürtün və 15 dəqiqə saxlayıb ardından üzünüzü yuyun. Bu maskanı həftədə 3 dəfə mütəmadi olaraq vurun.