Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Boyalı saçlar üçün MASKA

Boyalı saçlar üçün MASKA

Saçlar yeni boyandığında istədiyimiz parıltıya sahib olur. Amma bir neçə yumadan sonra quruyur, matlaşır, hətta ağırlaşır. Boyalar kimyəvi tərkibə sahib olduğu üçün saçımızda bu təsirləri yaradır və saçlarımızın normaldan daha sürətli yapıxmasına səbəb olur.

Lunar.az sizə boyalı saçlarınızı bərpa edəcək maska resepti verir.



Aloe vera və pivə maskası



Pivə, saçı bərpa etməkdə və parlaqlıq qazandırmaqda çox faydalıdır. Bu maskanı həftədə ən az iki dəfə istifadə etməlisiniz.



Lazım olanlar:




Yarım stəkan pivə

2 ədəd aloe vera yarpağı

1 xörək qaşığı zeytun yağı



Hazırlanması:



Pivənin içərisinə aloe veranın suyunu sıxıb zeytunu da əlavə edərək qarışdırın. Diqqət edin ki, qarışım yaxşı həll olsun. Qarışımı saç kökündən uclarına qədər masaj edərək tətbiq edin və 15 dəqiqə saxlayın. İlıq su ilə durulayın. (İsti su olmamasına diqqət edin).



Alma sirkəsi maskası



Boya səbəbindən yapıxan saçlar üçün alma sirkəsi maskası saçı bərpa edərək saçlarınızın pH səviyyəsini tənzimləyir. Eyni zamanda kəpəyi də aradan qaldırır və saça parlaqlıq verir.



Hazırlanması:



Yarım stəkan alma sirkəsinə yarım stəkan su tökün. Qarışımı sprey şüşəsinə tökün və çalxalayın. Saçınıza vurduqdan sonra 15 dəqiqə saxlayın və ilıq su ilə durulayın.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ