Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Xaşın daha bir FAYDASI aşkarlandı – XANIMLARIN NƏZƏRİNƏ

Xaşın daha bir FAYDASI aşkarlandı – XANIMLARIN NƏZƏRİNƏ

Xaşın insan orqanizmi üçün xeyirli bir yemək olduğunu bilirik. Amma bu yeməyin dəri problemlərinə də inanılmaz faydası olduğu ortaya çıxıb.


Lunar.Az bildirir ki, bu barədə türkiyəli fitoterapiya mütəxəssisi Ümit Aktaş məlumat verib. O deyib ki, xaş və sümük suyundan hazırlanan şorba dərini sıxlaşdırmaqda təsirli kollagen maddəsi ilə zəngindir: “Kollagen bədənimizin ayaqda durmasını təmin edən maddədir. Kollagen olmasa, ətlərimiz, sümüklərimiz və əzələlərimiz yığılıb qalar. Bu maddə eyni zamanda dəri sağlamlığı baxımından da vacibdir. Qadınlar anti-aging - dəri cavanlaşdırma tərkibli bahalı kremlər alırlar. Bunun əvəzinə həftədə 2-3 dəfə xaş içsələr, dəriləri daha gözəl olacaq. Xaş həmçinin qış aylarında artan xəstəliklərə qarşı da təbii qalxan vəzifəsi görür. Demək olar ki, adıçəkilən xörəklər tam bir vitamin qaynağıdır. Amma bu xörək mütləq xeyli qaynadılaraq bişirilməlidir. Həmçinin burada iliklər də çox faydalıdır və onu da yemək lazımdır. Bu yeməyə sirkə və sarımsaq da qatılarsa, faydaları saymaqla bitməz”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ