“Özümə baxmağa vaxtım yoxdur”, - deyən xanımlara Lunar.az qısa zaman çərçivəsində praktik makiyaj və baxım yollarını təqdim edir.
- Üzünüzü əvvəlcə isti, sonra soyuq su ilə yuyun. Bu, qan dövranını sürətləndirir və üz əzələlərini hərəkətə gətirir.
- Səhərlər oyandığınızda sizi yaxşı göstərməyəcək qüsurları tonal krem vasitəsilə gizlədin.
- Çox makiyaj etməsəniz də, gözlərinizə etdiyiniz sadə makiyajla üzünüz canlı görünəcək. Üzünüzün daha canlı və baxımlı görünməsi üçün kirpiklərinizə tuş çəkməyi unutmayın.
- Yanaqlarınıza yüngülcə ənlik çəkmək üzünüzə canlılıq qatacaq.
- Dodağınıza sürtdüyünüz parlaq bir dodaq boyası üzünüzü canlı göstərəcək.
- Dırnaq boyasını siləcək bir aseton tapmamısınızsa, üzərindən yenisini vurun.
- İşə gedərkən ətrafdakı səs-küyü dinləmək istəmirsinizsə, qulaqcıqla xoş bir musiqi dinləyərək yol gedin. Beləcə, özünüzü rahatladın.
- Yorğunusunuzsa, nanə qoxlayın. Nanə yorğunluq hissini yüzdə 15 azaldacaq.
- İş yerində gün boyunca su içməyi unutmayın. Çox az susmaq belə, enerji səviyyənizin aşağı düşməsinə səbəb olar.
- Saçlarınızı düzəltməyə vaxtınız yoxdursa, yuduqdan sonra azca qurudun və hörün. Daha sonra yenidən qurudun və səhər işə gələrkən açın. Saçlarınız belə daha gözəl görünəcək.