Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Üzdəki ləkələri aparan CƏFƏRİ MASKASI

Üzdəki ləkələri aparan CƏFƏRİ MASKASI

Hər kəsin dərisində zaman-zaman ləkələr yarana bilər. Bu ləkələrdən qurtulmaq üçün xanımlar bir çox vasitələrdən istifadə edirlər. Bu vasitələrdən biri də cəfəridir. Cəfəri tərkibindəki C vitamini sayəsində ləkələrini aparmaqla yanaşı, dərini günəş ləkələrinə qarşı da qorumağa kömək edir.Lunar.az cəfəri ilə hazırlanan iki maskanı təqdim edir.

1-ci MASKA

- 1 dəstə cəfəri
- 2 stəkan qaynamış su
- Yarım stəkan süd

Bir qazana 2 stəkan su töküb qaynadın. İçinə cəfərini saplarından ayıraraq atın və 5 dəqiqə qaynadın. Təxminən 10 dəqiqə dəmləndikdən sonra süzün və süd əlavə edərək qarışdırın. Soyuyandan sonra pambıqla üzünə sürtün.

2-ci MASKA

- 1 dəstə cəfəri
- 1 çay qaşığı təzə limon suyu
- 2 çay qaşığı bal

Cəfərini bir müddət suda saxlayın. Sonra saplarından ayırın və yarpaqlarını bıçaqla xırda-xırda doğrayın. Doğradığınız cəfərini həvəngdəstədə tam əzilənə döyün. İçinə bal və limon suyunu əlavə edərək yaxşıca qarışdırın. Göz ətrafını çıxmaq şərtilə üzünüzə çəkin.
10-15 dəqiqə dəriniz tərəfindən əmilməsini gözləyin. Sonra ilıq suyla durulayın. Bu maskanı həftədə bir dəfə tətbiq edin.

( Ailem.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ