Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bu qidalar saçların uzanmasını sürətləndirir - SİYAHI

Bu qidalar saçların uzanmasını sürətləndirir - SİYAHI

Bir çox qadın saçlarını uzada bilmək üçün müxtəlif yağlar, şampunlar, maskalar, müalicə vasitələrinə əl atır. Ancaq saç uzanmasını sürətləndirmək istəyirsinizsə, əvvəlcə saç sağlamlığını yediyiniz qidalarla dəstəkləmək lazımdır.

Somon

Somonda olan Omeqa-3 yağ turşuları folekulları gücləndirir və saınç uzanmasını təmin edir. Elmi araşdırmalar göstərir ki, Omeqa-3 yağ turşuları ehtiva edən qidaları yemək saç folekullarını durmadan fəaliyyətə sövq edir. Eyni zamanda, somonda olan B12 və dəmir də saçların sürətlə uzanmasını təmin edir.

Toyuq

Saç tellərinin 80% -i keratinden meydana gəlir. Keratin istehsalı üçün isə zülala ehtiyac var. 2-3 aylıq zülal çatışmazlığı saç uzanmasını iflasa uğradır və hətta saç tökülməsinə səbəb olur. Toyuq zülal baxımından olduqca zəngin bir qidadır.

Yumurta

Yumurtanın tərkibinə saçların uzanması üçün lazım olan zülal və biyotin kimi elementlər daxildir. Saç tökülməsinin qarşısını alan biyotin yeməklər vasitəsilə alındıqda daha da təsirli olur.

Badam

Badamda olan E vitamini saç böyüməsini aktivləşdirir və saçları gücləndirir. 30 qram badam ehtiyacımızın 70%-ni qarşılayır. Badama eyni zamanda biyotin, yağ turşuları və B vitamini daxildir.

Balqabaq tumu

Balqabaq tumunda olan B1, B2, B3 və B4 vitamini saç uzanmasını dəstəkləyir, B5 və B6 vitaminləri isə baş dərisi sağlamlığı üçün vacibdir. Ciddi saç tökülmə probleminiz varsa, menyunuza balqabaq tumu və balqabaq tumu yağı əlavə edə bilərsiniz.

Yaşıl mərci

Dəmir sağlam saçlar üçün ən əhəmiyyətli elementlərdən biridir. Yaşıl mərci isə dəmirlə zəngin qidadır. Bir kasa mərci şorbası günlük dəmir ehtiyacının yarısını qarşılayır. Yaşıl mərci eyni zamanda sink, kolin və başqa faydalı elementlər ehtiva edir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ