Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Qalın qaş arzulayan xanımlara MƏSLƏHƏT

Qalın qaş arzulayan xanımlara MƏSLƏHƏT

Qalın qaş arzulayan xanımlara MƏSLƏHƏT


Qaş üz quruluşunda mühüm yer tutur. Zaman-zaman nazik, bəzən də qalın qaşlar dəbə düşür. Ancaq son illər qalın qaş dəbi hakimdir. Təəssüf ki, heç də hər kəs qalın qaşa sahib deyil. Siz də qalın qaşlara sahib olmaq istəyirsinizsə, bir neçə tövsiyələrə əməl edin.

Qaşların uzanmasına imkan verin

Hər qaşın öz xüsusiyyəti var. Buna görə də qaşların uzanma müddəti hər kəsdə fərqlidir. Bir az səbrli olun və qaşlarınızın uzanmasına imkan verin. Bunun üçün ən azı 4-5 aya qədər qaşalandan uzaq dayanmalısınız. Beləcə, qaşlarınızın təbii xəttini və formasını təyin edə biləcəksiniz. Sadəcə bir az səbr!

Badam yağı çəkin

Badam yağı saç və qaşları uzatmaq üçün ən təsirli vasitələrdən biridir. Gecə yatmazdan əvvəl qaşlarınıza badam yağı çəkin.

Sarımsaq vurun

1 diş sarımsağı ortadan iki yerə bölün. Yarım sarımsağı barmaqlarınızla əzib suyunu çıxararaq qaşlarınıza sürtün. Sarımsağı qaşınıza sürtdükdən sonra isitdiyiniz 1 yemək qaşığı zeytun yağını da masaj edərək çəkin.

Boşluqları qələmlə doldurun

Yeni uzanan tüklər baxımsız görünmənizə səbəb ola bilər. Lunar.Az lent.az-a istinadən bildirir ki, bunun həll yolu var. Tükləri qaşın hamısı ilə bərabərləşdirin. Bunu qaşlarınıza uyğun rəngdə qələm çəkməklə bacara bilərsiniz. Tüklərin aralarını təbii görünəcək şəkildə doldurun.

Tel kəsdirin

Qaşlarınızın baxımsız görüntüsü sizi narahat edirsə, tel kəsdirin. Bu, qaşlarınızın üstünü örtəcək və müvəqqəti çətinliyin aradan qaldırılmasına kömək olacaq.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ