Yenicə ana olan xanımlara sadə gözəllik TÖVSİYƏLƏRİ
Bu gərgin həyatın içərisində özünüzə ayıracağınız qısa zamanda daha baxımlı və gözəl görünə bilərsiniz.
Xüsusən də yenicə övlad dünyaya gətirən bir ana körpəsinə, bədənindəki və həyatındakı dəyişikliyə uyğunlaşana kimi özünü unudur. Sonra isə vaxt çatışmazlığı problemi yaşanır. Uşaq yedizdirilməli, yatızdırılmalı, öyrədilməli, ağlayınca susdurulmalı, xəstələnincə qulluq edilməli...Saysaq, siyahı uzanıb gedəcək. Ardınca evin işi, yemək, ütü, paltar yumaq, təmizlik işləri deyərək qarşımıza saçları necə gəldi yığılmış, gözləri yuxusuzluqdan şişmiş, köynək və pijama ilə günlərini keçirən bir qadın çıxar. İstər işləyin, istərsə də evdə uşağınıza baxın, bu qaçaqaç hər kəs üçün eynidir. Bu baxımsızlıq isə qadının həyat yoldaşından əvvəl özünü narahat edir. Çünki baxımsızlıq onda özgüvəni azaltmış olur. Ancaq Ailem.az-ın təqdim etdiyi bu məsləhətlərə əməl etməklə daha baxımlı və gözəl görünə bilərsiniz.
Saçlarınızın kəsiminə diqqət edin
Saçlarınızı daranmadığı halda, hətta yataqdan qalxarkən qəşəng görünə biləcək bir modeldə kəsdirin. Forma verməyə gərək duyulmayan, darıxdırıcı olmayan bir saç modelinə üstünlük verin.
Yaxşı gözaltı istifadə edin
Yorğunluqdan şişən gözaltlarındakı halqaları, üzünüzdəki yorğun ifadəni gizlədə biləcək bir tonallaşdırıcı əladır. Dəri rənginizdən bir, ya iki ton açıq bir tonallaşdırıcı ilə gözlərinizə canlılıq qazandıra bilərsiniz.
Tuj sürtün
Kirpiklərinizi uzadıb, dolğunlaşdıracaq bir tuj istifadə edin. Əgər büdcənizə uyğundursa, qoyma kirpiklərdən də istifadə edə bilərsiniz.
Dodaqları unutmayın
Yalnızca bir dodaq parıldadıcısı ilə çox əziyyət çəkmədən gözəlləşə bilərsiniz. Evdə, maşında, çantada hər yerdə üzərinizdə bir dodaq parıldadıcısı olsun.
Qırmızı gözlərə qarşı ən yaxşı həll
Yuxusuzluğun ən yaxşı dərmanı makiyaj etməkdir. Əgər gözləriniz qızarıbsa, gözlərinizin içinə dəri rəngində bir göz qələmi sürtün. Qırmızılarını belə örtə bilərsiniz.
“Manikür? O nədir?” deməyin
Rəngli dırnaq boyası istifadə etmirsinizsə, ağ şəffaf dırnaq boyası sürtə bilərsiniz.
Xarici gözəllik daxildən başlayır
Su için. Bol-bol su içərək həm özünüzü yaxşı hiss edəcək həm də dəriniz işıltı qazanacaq.
Hər ananın dostu: günəş eynəkləri
Bəzən bütün bunları etməyə vaxtınız olmaya bilər. Bu hallarda iri qara çərçivəli bir eynək yorğunluğunuzu gizlədəcək. Şık görünə bilərsiniz.