Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Gözəl görünmək üçün hər gün bunları mütləq edin

Gözəl görünmək üçün hər gün bunları mütləq edin



Hər bir xanım baxımlı görünmək üçün müxtəlif üsullara əl atır. Bəzən salona üz tutur, bəzənsə ev şəraitində nələrsə edir.

Xanımlara gözəl görünmək üçün hər gün edə biləcəkləri məsləhətlər təqdim edir:

Saçınızın daha tez uzanması üçün yatmazdan əvvəl onu darayın. Saçınızı yığıb yatsanız, tüklər qırılacaq. Çalışın saçınızı açıq qoyasınız.

Dərinizin parıltılı olmasını istəyirsinizsə, gecə yatmazdan əvvəl və səhər yuxudan oyanan kimi onu təmizləyin. Təmizlədikdən sonra onu gül suyu ilə silin və sonra nəmləndirici krem sürtün.

Vanna qəbul etdikdən sonra dərinizin yumşaq olmasını istəyirsinizsə, bədəninizə hind qozu yağı sürtün.

Kirpiklərinizin daha uzun və qalın olmasını istəyirsinizsə, onun dibinə şirin badam yağı sürtün. Hər gün təkrarlasanız, təsirini görərsiniz.

Dərinizdəki ləkələrdən xilas olmaq üçün onu mütləq alma sirkəsi qatılmış su ilə silin.

Saç tökülməsinin qarşısını almaq üçün hər iki gündən bir baş dərinizi badam və ya sarımsaq yağı ilə masaj edin və 1 saat saxlayın.

Dəriniz qurudursa, ona ərik tumu yağı sürtün.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ