Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Evdə 4 təbii üz təmizləyicisi

Evdə 4 təbii üz təmizləyicisi

Evdə 4 təbii üz təmizləyicisi


Hər bir qadın az pul xərcləyərək gözəl olmağa çalışır. Buna görə də Qadınlar.biz sənə kömək olmaq üçün evdə rahatlıqla edə biləcəyin 4 təbii üz təmizləyici resept təqdim edir.

Quru və həssas dəri üçün çobanyastığı ilə təmizləmə südü
İçindəkilər
Qaymaq – ¼ stəkan
Süd – ¼ stəkan
Sarı çobanyastığı çiçəkləri (təzə və ya quru şəkildə) – 2 xörək qaşığı

Hazırlanması
Bütün məhsulları 30 dəqiqə benmari üsulu ( su dolu qabı sobanın üzərinə qoyub, digər bir qaba əlavə edilən məhsulları da su dolu qabın üzərinə yerləşdirib, onun verdiyi istiliklə ya bişmə, ya da ki, ərimə üsuludur) su əlavə edib bişir. Südü çalış ki, qaynatmayasan. Sobanı söndür və 2 saat soyumağını, özünə gəlməsini gözlə. Sonra isə şüşə bir qaba boşalt. Soyuducuda saxla. İki həftə soyuducuda saxlaya bilərsən istifadə etdikcə.

Yağlı dərilər üçün ayran və razyanalı təmizləmə südü
İçindəkilər
Ayran – ½ stəkan
Təzə razyana toxumu – 2 xörək qaşığı

Hazırlanması
Ayran və razyananı benmari üsulu ilə 30 dəqiqə bişirmək lazımdır. Sobadan götürüb, qarışımı 2 saat özünə gəlməsi üçün gözləməlisən. Süzgəcdən keçirt, soyumağa qoy və sonra şüşə qaba əlavə et. İstifadə etdiyin müddətcə soyuducuda 2 həftə saxlaya bilərsən.

Razyana və kəklikotu ilə hazırlanan təmizləyici
İçindəkilər
Təzə kəklikotu – 2 saplaq
Razyana toxumu – 2 çay qaşığı
Su – ½ stəkan
Limon – ½ hissə

Hazırlanması
Suyu qaynat. Su qaynayana qədər kiçik kəklikotu yarpaqlarını saplaqlarından ayır. Qynamış suyun içərisinə kəklikotu və razyananı əlavə et. Sonra da sıxılmış limon suyunu əlavə et və 20 dəqiqə dəmlə. Dəmləndikdən sonra süzgəcdən keçirdib təmiz şüşə qaba boşalt. İstifadə edib bitirənə qədər soyuducuda saxla.

Kivili üz təmizləmə südü
İçindəkilər
Soyulmuş kivi – 1 ədəd
Sadə qatıq – 2 xörək qaşığı
Badam yağı – 1 xörək qaşığı
Bal – 1 xörək qaşığı
Badam – 1 xörək qaşığı (xırda çəkilmiş)

Hazırlanması
Kivi blenderdən keçirilir və püre halına gətirilir. Qatıq, badam yağı, bal və çəkilmiş badamı əlavə et. Qatı və məcun kimi bir hala gələnə qədər qarışdır. Digər üz təmizləyicilər kimi istifadə et. Dərini təmizlədikdən sonra bol ilıq su ilə durula.








Xanimcik от 24 sentyabr 2016 18:53
tewekkurler xebere gore
MeLeK от 25 sentyabr 2016 00:26
Faydali meslehet ucun cox sagolun tesekkurlwr...
--------------------
İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ