Hər xanım gözlərini daha da gözəl göstərəcək sağlam və uzun kirpiklərə sahib olmaq istəyər. Amma bəzi dövrlərdə kirpiklərimiz tökülür, qaşınır, kəpəklənir və istəmədiyimiz bir görünüşə sahib olmağa başlayır. Uzun və sağlam kirpiklərə sahib olmaq istəyirsinizsə, lunar.az-nin təqdim etdiyi bu addımları bir-bir edin.
Bir pambıqlı çubuq və ya barmaqlarınızın köməyi ilə üst kirpik xətlərinin üstünə vazelini incə bir şəkildə sürtün. Gecə yatarkən sürtün. Tökülmə və zəifləmənin önünə keçir.
Bir çox qadın yumurta ağını zeytun yağı ilə qarışdırıb saçlar üçün maska kimi istifadə edirlər. Bu maska da saçların uzanması üçün çox faydalıdır. Eyni şəkildə yumurta ağı kirpikləri uzatmaq üçün də istifadə edilir. Tək iş yumurta ağı ilə hind yağını eyni miqdarda qarışdırın. Pambıqlı bir çubuq yardımı ilə kirpiklərinizə sürtün. Müntəzəm istifadə etsəniz gur və göz qamaşdırıcı kirpiklərə sahib olarsınız.
Kirpik qoruyucu məhsullar istifadə edin. Göz tujları kirpikləri daha gözəl göstərsə də bəzi tujlar kirpiklərə ziyan edir. Makiyajı təmizləyərkən kirpiklərin tökülməsi elə tujun keyfiyyətsiz məhsul olduğunun göstəricisidir. Kiprikləri qorumaq üçün pro kreatin tərkibli kirpik qoruyucu məhsullar istifadə edin.
Suya davamlı tujlardan uzaq durun, çünki bu tujlar uzun müddət kirpiklərdə qalacağından zəif kirpiklər üçün olduqca zərərlidir və tökülməsinə səbəb olur.
Tuju nə qədər az istifadə etsəniz kirpiklər bir o qədər güclü olar və tez uzanar.
Makiyaj etmisinizsə, mütləq təmizləyin. Qalan tuj qalıqları gecə boyunca kirpiklərə ziyan edir. Tujunuzu 6 aydan bir dəyişdirməyi unutmayın.
Kirpiklər olduqca həssas olduğundan kirpik qatlayan istifadə etmək çox zərərlidir
Saçlarınızı hər gün necə darayırsınızsa, kirpiklərinizi də hər gün elə fırçalayın. Tez uzanmasına yardım edəcək.
Kirpik diblərinə hər gün 5 dəqiqə masaj edin. Masaj kirpik diblərinə faydalıdır. Qan dövranını yaxşılaşdırır və kirpikləri uzadır. Hər gün sadəcə 5 dəqiqə dairəvi yavaş hərəkətlərlə kirpik köklərinə masaj edin.