Düzgün makiyaj ilə gözləriniz üzünüzdəki iki balaca sənət əsəri kimi görünə bilər. Elə bu yolda diqqət edilməli olan xüsuslar:
Göz kölgəsini sürməmişdən əvvəl göz qapağınızı mütləq hazırlayın – bir az açıq rəng örtücü və üzərinə yüngül pudra ilə.
Fırçanızı çox yükləməyin, yüngül-yüngül ton verərək başlayın və kölgələri getdikcə istəyə görə sıxlaşdırın.
İkili, üçlü, ya da dördlü göz kölgələri çaşqınlıqmı yaradır? Ən açıq rəng başlanğıc üçündür – bütün göz qapağına yayılır, orta tonlar ilk yarısı üçün və ən tünd rənglər kənar və kontur cizgiləri üçün nəzərdə tutulur.
Hələ də rəng kombinasiyaları haqqında şübhənizmi var? Tək və təbii rənglə bütün göz qapağınızı kölgələyə bilərsiniz.
Göz kölgənizin əsla göz kənarlarınızdan daha çox aşmasına yol verməyin.
Qatı, ya da uzun müddət qalıcı rəng istəyirsinizsə, kremin üzərindən toz halında olan göz kölgəsi çəkməyi sınayın.
Göz kölgənizi çəkdikdən sonra çox olduğu təqdirdə pambıqla yüngülcə silin, ya da dərinizin rəngində bir rənglə tonunu açın.
Göz kölgəsi nəm (sürmə əvəzinə), ya da quru halda çox asanlıqla istifadə edilir. Sadəcə kirpikləriniz boyunca sürməniz üçün uyğun fırçaya sahib olmalısınız.
Gözlərinizi tünd rəngli karandaş, ya da göz kölgəsi ilə haşiyəyə almaq onları daha kiçik göstərəcək – balaca gözləriniz varsa, diqqətli olun.
Gözlərin alt iç qismini ağ karandaş ilə boyayaraq isə daha böyük gözlər əldə edə bilərsiniz.